Accessibility links

Xəzərin hüquqi statusunun müəyyən edilməsi prosesi fəal fazaya daxil olub


Dünən Xəzər Dənizinin Hüquqi Statusu Haqqında Konvensiya layihəsinin hazırlanması üzrə Xüsusi İşçi Qrupun Türkmənistanın paytaxtı Aşxabadda keçirilən 21-ci iclası başa çatıb. İclasda xəzəryanı ölkələrin xarici işlər nazirləri müavinləri iştirak edib. «Turan» Agentilyinin məlumatına görə, iclas çərçivəsində Konvensiya müddəalarının maddələr üzrə müzakirəsi davam etdirilib, bir sıra müddalara görə tərəflər "tam qarşılıqlı anlaşma"ya gəliblər. Qeyd edilib ki, Xəzərin hüquqi statusunun müəyyən edilməsi prosesi "fəal faza"ya daxil olub. Əldə olunmuş razılaşmaya əsasən Xüsusi İşçi Qrupun növbəti - 22-ci iclası Tehranda keçiriləcək.
XS
SM
MD
LG