Accessibility links

Akademik Roald Saqdeyev Rusiyanın gələcəyini dumanlı görür


ABŞ-ın Merilend universitetinin doktoru, məşhur fizik Roald Saqdeyev Azərbaycan Xarici İşlər nazirliyininin Diplomatiya Akademiyasında «Amerika və post-Sovet ölkələri arasında münasibətlərin inkişafı: Vaşinqtondan bir nəzər» mövzusunda məruzə ilə çıxış edib. Cənab Saqdeyev keçmişdə SSRİ Elmlər Akademiyasının həqiqi üzvü olub, SSRİ Kosmik Tədqiqatlar İnstitutuna rəhbərlik edib, nüvə silahsızlaşdırılması problemlərilə məşğul olub. 1990-ci ildə ABŞ-a köçüb Onun fikrincə, SSRİ-i dağılmağa məhkum idi. Akademik acı təbəssümlə keçmiş illəri xatırlayıb. Prezident Reyqanın ABŞ hərbi strategiyası ilə bağlı planı keçmiş SSRİ Siyasi Bürosunda həyəcanla qarşılanıb. Plana görə, Perşinq raketləri Avropada yerləşdiriləcəkdi.«Siyasi Büroda səsləndi ki, əvvəlcə Perşinq raketləri ABŞ-dan Moskvaya hidrogen bombasını yarım saata daşyıya bilərdi. Perşinqlər Avropada yerləşdiriləndə bu bomba cəmi beş dəqiqəyə Moskvanı haqlayırdı. Siyasi Büroda təşviş var idi. Düşünürdülər ki, yenə yarım saata Moskvanı tərk etmək olardı, ancaq beş dəqiqəyə heç nə mümkün deyil. Bu səbəbdən Leonid Brejnev Kremldə bir neçə mərtəbəli yeraltı sığınacaq tikməyi tapşırdı. İş sonradan KP MK-nin baş katibi olacaq Çernenkoya tapşırıldı və bu onun dövlət başçısı olmasına yol açdı». Cənab Saqdeyev Mixail Qorbaçov hakimiyyəti dövründə hökumətin ölkəyə nəzarətini itirdiyini bildirib. «Bu hökumət ölkədə bütövlükdə iqtisadi nəzarəti itirmişdi və dağılmağa məhkum idi. Hakimiyətdaxili qruplararası münaqitşələr, siyasi qeyri-stabillik, milli-etnik konfliktlər və sairə SSRİ-nin dağılmasını daha da sürətləndirdi»-deyə o qeyd edib. Akademik hazırki Rusiyanın gələcəyi barədə də maraqlı açıqlama verib. «Vladimir Jirinovski bu yaxınlarda «Rusiyanın bu günü və gələcəyi» mövzusunda dissertasyia müdafiə edib. Bu Rusiyanın hara getdiyinə bir işarədir. Rusiyanın hazırda əsas problemi, bunu Putin də başa düşür, faciəvi demoqrafik böhrandır. MDB dövlətlərindən Rusiyaya gələnlərə baxmayaraq hər il ölkədə əhalinin sayı bir milyon azalır. Demoqrafların proqnozuna görə, 21-ci əsrin ortalarında Rusiya əhalisinin sayı 90 milyonadək azalacaq. Bu isə Rusiyanın əmək resrsunun azalması deməkdir. İntellektual resursun gələcəyi də sual altındadır. Çünki gənc alim istənilən səviyyədə istedad olmasına baxmayaraq mənzil ala bilmir. Moskvada hazırda bir kvadratmetr mənzilin qiyməti 5 min dollardan aşağı deyil. Bu isə alimin əmək haqqı ilə qəti uyğun gəlmir». Cənab Saqdeyev Rusiyanın siyasi gələcəyi barədə suala isə bir qədər öncə «İzvestiya» qəzetinə müsahibəsində dediyi lətifə ilə cavab verib. «Mən dedim, Rusyia duman içindədir. Müxbir dedi, onda izah edin, niyə duman içindədəir. Qərara gəldim zarafatla cavab verim. Təsəvvür edin, ABŞ-ın Alyaska ştatının qubernatoru dəbdəbəli həyatını Parijdə keçirir və oradan ştatı idarə edir. Mən burada təbii ki, Londonu Parijlə əvəz etmişəm. Hansı ki, insan Rusiyüanın regionuna görə məsuliyyət daşıyır, oturub Londonda və Rusyada dövlət quruculuğuna verdiyi töhvələrə görə orden alır». Akademik jurnalistlərin suallarına cavabda İranın nüvə proqramlarına da toxunub. Onun fikrincə, nüvə silahının yaradılması üçün İrana daha beş il vaxt lazımdır. «İranın nüvə işləmələri hazırda olduqca primitiv səviyyədədir və əgər İran həqiqətən nüvə silahının yaradılması yolu ilə getsə ona daha 5 il lazım olacaq. Bu region üçün təhlükəli nəticələr verə bilər. Tehranın nüvə silahını əldə etməsi zəncirvari reaksiyaya səbəb ola bilər, belə ki, digər ölkələr də bu silaha sahib olmaq istəyəcək. Fikrimcə, dünya ictimaiyyətinin İranın nüvə silahı əldə etməsinə mane olması üçün hansısa qeyri-adi tədbirlər lazımdır. Hesab etmirəm ki, birbaşa hədələmə uğur gətirə bilər"-deyə o qeyd edib Cənab Saqdeyev hesab edir ki, qədim «İpək Yolu»nda yepləşən ölkələr "Silk-Sat" peyk pabitəsi telekommunikasiya sisteminin yapadılması üçün səylərini birləşdirə bilər. «Zamanında bu ideyanı prezident Heydər Əliyev dəstəkləyib. Lakint 20-ci əsrin sonu 21-ci əsrin əvvəllərində dünyanın nəhəng telekommunikasiya şirkətləri ziyan çəkdiyindən bu ideyanı həyata keçirmək mümkün olmayıb. Hazırda Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları nazirliyi ilə bu ideyanın ilkin olaraq kiçik miqyasda həyata keçirilməsini müzakirə etdik. Azərbaycan regionda paylanması üçün ifnormasiyaların qərbdən gətirilməsində də böyük mərkəz ola bilər»-deyə akademik qeyd edib.
XS
SM
MD
LG