Accessibility links

Amerika və Avrasiya yəhudi icmaları Azərbaycan, ABŞ, İsrail əməkdaşlığının inkişafına tərəfdardır


Azərbaycan xalqının böyük qabiliyyəti, ölkənin böyük əhalisi ilə milli azlıqlar arasındakı gözəl münasibətlər bizi valeh edir. Bu sözləri ABŞ-ın əsas yəhudi təşkilatları prezidentləri konfransının sədri Harold Toner ABŞ və Avrasiya yəhudi konqreslərinin 65 nəfərlik nümayəndə heyətinin Azərbaycana səfərinin yekunları ilə bağlı mətbuat konfransında bildirib. Onun sözlərinə görə, nümayəndə heyəti Azərbaycan prezidenti İlham Əliyevlə, xarici işlər naziri Elmar Məmmədyarov digər rəsmi şəxslərlə görüşlər keçirib. «Azərbaycanda gördüklərimiz bizi valeh edib. Həmçinin bu ölkədəki insanların qabiliyəti və insanların bir-birini qəbuld etməsi bizi valeh edib. Azərbaycanın böyük xalqı ilə milli azlıqlar arasında gözəl uzlaşma var». Avrasiya yəhudi konqresinin sədri Maykl Çlenov bildirib ki, nümayəndə heyətinin səfərinin əsas məqsədi Azərbaycanla ABŞ və İsrail xalqları və dövlətləri arasında münasibətləri daha da sıxlaşdırmaqdır. "Azərbaycan başqa xalqlara münasibətdə dünya üçün nümunə ola bilər. Prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra anlayışa gəlmişik ki, Azərbaycanla necə əməkdaşlıq etmək olar. Biz gördük ki, Azərbaycanda yəhudilər necə təhlükəsiz yaşayır. ABŞ-a qayıdarkən Dövlət Departamentinə və dövlət katibinə hesabat verəcəyik". Maykl Çlenov yəhudi icmalarının Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə nizamlanmasında maraqlı oldğunu deyib."Biz ümid və dua edirik ki, münaqişə sülh yolu ilə həllini tapsın, ədalət bərpa edilsin. Yəhudi icmaları və yəhudi xalqının təmsil olunduğu ölkələr Azərbaycanda sülhün, sabitliyin bərpa olunmasında üzərinə öhdəlik də götürüb. Azərbaycan yəhudiləri də öz töhfəsini verməlidir. Sizin xalqınız münaqişədə əziyyətlərlər çəkib, qurbanlar verib. Biz istərdik ki, Paris danışıqlarında əldə edilənlərdən də yüksək tərəqqi olsun". Nümayəndə heyətinin rəhbərləri Azərbaycan-İsrail iqtisadi, siyasi və diplomatik münasibətlərin daha da inkişafı ətrafında fikir mübadiləsi aparıldığını deyib. Avrasiya yəhudi konqresinin sədri bildirib ki, İsrail prezidentinin Azərbaycan prezidentinə məktubunu çatdırıblar. "Məktubda İsrailin Azərbaycanla əməkdaşlığa daha çox maraq gösətrdiyi yer alıb. Azərbaycanın İsraildə səfirliyinin açılması məsələsini də müzakirə etdik. Prezident İlham Əliyev iki ölkə arasındakı əməkdaşlığın parlaq gələcəyinin olduğunu bildirdi". Yəhudi icmalarının rəhbərləri Azərbaycan, ABŞ və İsraili terrorizmdən əziyyət çəkən ölkələr adlandırıb. "Bəzi dövlət başçıları faciəvi xolokost hadislərindən manipuliyasiya edir. Onlar son karikatura hadisələrindən də eyni məqsədlə istifadə etməyə çalışır. Elə bir yəhudi ailəsi yoxdur ki, bu faciələrdən əziyyət çəkməsin. Yəhudi icmaları ABŞ, İsrail və Azərbaycanın terrorizmə qarşı daha yaxından əməkdaşlıq etməsinə tərəfdardır"- deyə ABŞ yəhudi konqresinin sədr müavini Maykl Konayn bildirib. Cənab Konayn Xocalı soyqırımı ilə bağlı Azərbaycan xalqına başsağlığı verib. Yəhudi icmalarının rəhbərləri bildirib ki, Azərbaycan insanlarının qərbə və yəhudilərə münasibəti nümayəndə heyətini heyran edib. "Biz Azərbaycanda gördüklərimizi Dövlət Departamentinə hesabatmızda qeyd edəcəyik. Hesab edirik ki, Azərbaycana qarşı 907-ci düzəliş ədalətli yanaşma deyil. yəhudi icmaları buna qarşı çıxıb və düzəlişin aradan qaldırılmasına çalışır"-deyə M.Çlenov vurğulayıb. Yəhudi icmaları son zamanlar qəzetlərdə dərc edilən karkaturaların əleyhinədir. "Biz mətbuatda dərc olunan karikaturalarla bağlı bəyanat da yaymışıq. Mətbuat azadlığından istifadə edib insanların, inancların, xalqların, dövlətlərin təhqirinə yol vermək olmaz. Biz müsəlmanların, eyni ilə də yəhudilərin təhqirinin əleyhinəyik" -deyə cənab Konayn qeyd edib. Yəhudi icmasının rəhbərləri ABŞ, İsrail və İran münasibətlərinə də toxunub. "Azərbaycanın İranla bağlı münsibətlərdə mövqeyini başa düşürük. Azərbaycan bu münasibətlərdə yumşaldıcı rol oynaya bilər. Əlbəttə İranda söylənənlər ABŞ və İsrailin günahı deyil. Bəyanatlardan sonra tədbirlər gəlir. İraqda da belə oldu. Bu isə regiona təsir edəcək"-deyə Maykl Çlenov vurğulayıb.
XS
SM
MD
LG