Accessibility links

Azərbaycanda müxalifyönümlü qəzetin müxbiri həbs edilib


Müxalifyönümlü "Yeni Müsavat" qəzetinin Naxçıvan üzrə bölgə müxbiri Həkimeldostu Mehdiyev Şərur rayon məhkəməsinin qərarı ilə 15 sutka həbs edilib. Bu barədə «Amerikanın səsi» radiosuna "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu bildirib. Onun sözlərinə görə, dünən yerli polis müxbirin yaşadığı Cəlilli kəndinə gələrək onu saxlayıb və sonra rayon məhkəməsi polisə müqavimət göstərmək ittihamı ilə barəsində 15 sutka həbs cəzası seçib. Baş redaktor müxbirin hüquqlarının müdafiəsi üçün hüquqi tədbirlər həyata keçiriləcəyini deyib. Cənab Mehdiyevin həyat yoldaşı Arzu xanım hesab edir ki, müxbirin həbsinə onun yaşadığı kəndin sosial problemlərilə bağlı danışması səbəb olub. O həyat yoldaşının polis tərəfindən sakkitcə aparıldığını deyib. «Burada hər hansı polisə müqavimətdən söhbət gedə bilməz. Ə.Mehdiyevin həbsinə onun kənd ağsaqqallarına qaz xətti çəkilməsi üçün şikayt edin deməsi səbəbə olub». Azərbaycan Prezidentinin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdir müavini Nazim İsayev müxbirin həbsindən xəbərsiz olduğunu deyib. Onun sözlərinə görə, məsələ araşdırılacaq.
XS
SM
MD
LG