Accessibility links

Azərbaycan jurnalistlərinin aclıq aksiyası davam edir


“Gündəlik Azərbaycan» qəzetinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin martın 26-da başladığı aclıq aksiyası davam edir. Baş redaktorun jurnalistlərin həbsdən azad edilməsi tələbi ilə keçirdiyi aclıq aksiyası digər 5 jurnalist tərəfindən də müdafiə olunur. Bu gün isə Söz Azadlığını Müdafiə Komitəsinin sədri Arzu Abdullayeva və qurumun katibi Aynur Elgünəş aksiyaya qoşulub. Xanım Abdullayeva “Amerikanın səsi” radiosuna bildirib ki, aksiya ilə bağlı beynəlxalq qurumlar məlumatlandırılır. O aclıq aksiyasının zəncirvarı şəkildə davam etdiriləcəyini deyib. Hazırda dörd jurnalist həbsdədir.
XS
SM
MD
LG