Accessibility links

Şərqi Qüds sakinləri seçkilərdə iştirak edəcək


İsrailin Müdafiə Naziri Şaul Mofaz yanvarın 25-də keçiriləcək Fələstinin parlament seçkilərində Şərqi Qüdsün sakinlərinə iştirak etmək izacəsi veriləcəyini bildirib. Müdafiə naziri Mofaz Qüdsdə müxbirlərə deyib ki, 1990-cu ildə əldə edilmiş sülh müqaviləsinə əsasən, Şərqi Qüds sakinləri poçt idarələrində səs verə bilərlər. Lakin İsrailin başqa rəsmiləri deyirlər ki, bu barədə hələlik qərar qəbul edilməyib. Fələstin müzakirəçisi Saeb Erkat isə bildirib ki, Şərqi Qüds seçicilərinin səsverməsi barədə İsraildən hələlik heç bir rəsmi məlumat əldə etməyib. Fələstin Muxtar idarəsinin prezidenti Mahmud Abbas dünən demişdi ki, Birləşmiş Ştatlar Şərqi Qüdsdə seçkilərin təyin edildiyi gün keçiriləcəyi barədə ona təminat veriblər. Cənab Abbas bundan əvvəl bildirmişdi ki, əgər İsrail Şərqi Qüdsdə yaşayan fələstinlilərin parlament seçkilərində iştirak etmələrinə icazə verməsə, seçkilər ləğv ediləcək. İsrail isə parlament seçkilərində Həmas yaraqlı qrupunun namizədlərinin iştirak etdiyi halda Şərqi Qüds seçicilərinə seçkilərdə iştirak etmələrinə icazə verməyəcəyini bildirmişdi. Bu həftə Birləşmiş Ştatların iki yüksək vəzifəli rəsmisi regiona səfər edəcək. Onlar İsrail və Fələstin rəsmilərilə seçki məsələsini müzakirə edəcəklər.
XS
SM
MD
LG