Accessibility links

Ağ Ev Kubadakı həbsləri pislədi


Ağ Ev deyir ki, Kubada etirazçıların Roma papasının Havanaya səfəri ərəfəsində həbs olunması kommunist rejimin insanların universal hüquqlarına ikrahla yanaşdığını göstərir.

Bazar ertəsi verdiyi bəyanatda Ağ Ev Kuba rəsmilərini dinc etiraz tədbirlərinə qarşı basqılar və hədə-qorxu taktikalarına son qoymağa çağırıb.

Kuba rəsmiləri şənbə və bazar günləri Ağ Geymiş Qadınlar qrupunun 50 üzvünü, o cümlədən Havanada həftəlik etiraz yürüşündə iştirak etməyi planlanşdıran bir çox adamları həbs ediblər.

Ağ Geymiş Qadınlar qrupunun üzvlərindən 30-u Roma Katolik Kilsəsində messaya hazırlaşan zaman saxlanmışdılar. Yerdə qalanlar isə şənbə günü axşam tutulmuşdular. Onların hamısı sonradan sərbəst buraxılıb.

Papa Benediktin gələn həftə Kubaya səfəri zamanı siyasi fəallara daha çox azadlıq verilməsinə çağıracağı gözlənilir.

Ağ Geymiş Qadınlar 2003-cü ildə həbs olunmuş 75 dissidentin qohumlarından ibarətdir. Həmin dissidentlərin hamısı o vaxtdan bəri azadlığa buraxılıb.

XS
SM
MD
LG