Accessibility links

Uqo Çaves Kubadadır


.
.

Venesuela prezidenti Uqo Çaves Kubadadır. Onun səfərinin məqsədi xərçəng şişinin əməliyyat edilməsidir.

Çaves ölkəsini Kubadan idarə edəcək. Belə ki, vitse-prezident Elias Hauaya heç bir səlahiyyət verilməyib.

57 yaşlı dövlət başçısı bundan əvvəl də Kubada əməliyyat və kimya terapiyası keçirmiş və daha sonra xərçəngdən azad olduğunu bəyan etmişdi.

İki müffəqiq dövlət olan Kuba və Venesuela prezidentləri səmimi əlaqələrə malikdir.

Venesuelanı 13 ildir idarə edən Uqo Çaves oktyabr ayı seçkilərində daha 6 il müddətinə prezident seçiləcəyinə ümid bəsləyir. Onun rəqibi 39 yaşlı müxalif namizəd Henrike Kaprilesdir.

XS
SM
MD
LG