Accessibility links

Rusiyaya qarşı sanksiyaların tətbiqinə dair razılıq əldə edilib


ABŞ-ın Konqres liderləri Rusiyaya 2016-cı il prezident seçkiərinə müdaxilə, Ukrayna və Suriyadakı hərbi aqressiya ilə bağlı o ölkəyə qarşı sanksiyalar tətbiq edilməsinə dair razılıq əldə edib. Razılıqda İran və Şimali Koreyaya yardıma görə iqtisadi cəza da yer alır.

Nümayəndələr Palatası sənədlə bağlı çərşənbə axşamı günü səsvermə keçirməlidir. Senat isə artıq yekdilliklə sənədi təsdiq edib. Lakin prezidentin imzasına göndirlmədən öncə Nümayəndələr Palatası ilə razılıq əldə edilməlidir.

Ağ Evin mövqeyi bəlli deyil

Ağ Evin razlığa necə reaksiya verəcəyi məlum deyil. Belə ki, Trampın müşavirləri fərqli mövqelərdən çıxış edir. Bu fikirlər Trampın sənədi imzalayıb-imzalamayacağına dair tok-şolarda səslənib.

Ağ Evin kommunikasiya rəhbəri Antoni Skaramuççi CNN-ə bildirib ki, bunu Trampdan soruşmaq lazımdır, amma düşünürəm ki, prezident qərarını yaxın zamanda bildirəcək.

Antoni Skaramuççi
Antoni Skaramuççi

​Ağ Evin mətbuat katibi Sara Hakkabe Sanders ABC xəbər agentliyinə deyib ki, Ağ Ev hazırkı durumu dəstəkləyir.

Tramdan Konqresə nəyə görə Moskvaya qarşı sansiyaları ləğv və ya yüngülləşdirmək istəməsinə dair hesabat tələb edilə bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG