Accessibility links

Əfqanıstanın Cəlalabad şəhərində intiharçı hücumu 19 nəfərin ölümü ilə nəticələnib


Əfqanıstanın Cəlalabad şəhərində intiharçı hücumu 19 nəfərin ölümü ilə nəticələnib. Hücum zamanı 50-dən çox insan xəsarət alıb.

Hadisə həmin bölgədə əsgərləri hədəf alan hücumdan bir gün sonra baş verib. Həmin gün həm əsgərlər, həm də Taliban döyüşçüləri Ramazan bayramını qeyd edirdi.

Hücumun məsuliyyətini üzərinə alan olmayıb.

Onlarla silahsız Taliban yaraqlısı hadisədən öncə orucluğun bitməsini qeyd etmək məqsədilə Əfqanıstan paytaxtı və digər şəhərlərə daxil olub. Əsgər və militantlar qucaqlaşıb və telefonlarında selfilər çəkib. Lakin bəzi vilayətlərdə qiyamçılar üzərlərində qumbara və digər sursatlar daşıyıb.

​Nangarhar vilayətinin qubernatorunun sözçüsü Attaullah Xoqyani Qazi Aminullah Xan şəhərində əsas Torxam-Cəlalabad yolu üzərində baş verən hücuma maşına yerləşdirilmiş bombanın səbəb olduğunu təsdiq edib. 35 nəfər həlak olub. Onlar arasında Taliban döyüşçüləri və mülki vətəndaşlar da var.

Hücumdan əvvəl Taliban döyüşçülərinin bəlgələrini tərk etməməsinə göstəriş vermişdi.

Qrup bü gün bəyanat yayaraq, Taliban döyüşçülərini atəşkəs şənliklərində iştirak etməməyə çağırıb. Bu, düşmənlərin dinc əfqanlara ziyan vurmasına mane olunması kimi izah edilib.

Taliban bu gün gecə yarısı atəşkəs müddəti başa çatdıqdan sonra döyüşlərin bərpa ediləcəyini bəyan edib.

XS
SM
MD
LG