Accessibility links

Qütbləşmiş elektorat ABŞ prezident seçkisinin taleyini həll edir


Qütbləşmiş elektorat ABŞ prezident seçkisinin taleyini həll edir
please wait

No media source currently available

0:00 0:03:10 0:00

Amerikalılar çərşənbə axşamı müasir zamanların ən mübahisəli ABŞ seçkilərində iştirak etdilər.

Donald Tramp daha dörd il prezident olaraq qalacaqmı? Yoxsa yeni Bayden administrasiyasımı olacaq?

100 milyondan çox amerikalı Seçki Günündən öncə erkən səsvermə və poçtla səsvermə yolu ilə artıq seçimlərini etmişdilər. On milyonlarla insan isə pandemiya zamanı mümkün etirazlara hazır bir vəziyyətdə Seçki Günündə səs vemrəyə qərar verdilər.

“Mən Amerikada güclü, davamlı, mütəşəkkil demokratik qurumlar olduğu üçün hər şeyin rahat keçəcəyinə dair nikbinəm,” Vaşinqton şəhərində seçici Artur Kohe bildirib.

İnsanlar icma mərkəzləri, kilsələr və Los Ancelesdəki bu məsciddə səs verdilər.

“Bizim səsvermə hüququmuzdan istifadə etməyimiz mühümdür, çünki bu, baş verənlər xoşumuza gəlmirsə, bizim onları dəyişmək üçün səsimizdən istifadə etməyimiz ya da onlara təsir göstərməyimiz deməkdir, kaliforniyalı seçici deyib.

Bayden tərəfarı bu seçici dəyişikliyə səs verdiyini deyir. “Qaraların Həyatı Mühümdür” etirazlarından ilhamlanan bu kişi də bənzər fikir səsləndirir.

“Ölkəmizdə son bir ildə sosial qeyri-bərabərlik və qərəz nüanslarına diqqət yetirməli olduğumuza dair bir oyanış vaş verdi,” Fillip Martin Cunior bildirir.

Ölkənin onsuz da doğru yolda irəlilədiyini söyləyən başqa bir seçici isə bu seçkinin kritik olduğunu deyir.

“Mən buraya Amerikanı yenidən möhtəşəm etmək üçün səs verməyə gəlmişəm. Mən ölkəmizə kimin rəhbərlik edəcəyinə və mənim ölkəm üçün nə edə biləcəyimə qərar vermək üçün buradayam,” kaliforniyalı seçici Kevin deyib.

Başqaları da Trampın rəhbərliyi altında Birləşmiş Ştatlarda vəziyyətin yaxşı olduğu ilə razılaşır.

“Prezidentin Amerikanın birinci olmasını istəməsi mənim xoşuma gəlir. Mən inanıram ki, Respublikaçılar doğru tərəfdədirlər,” Tramp tərəfdarı Treysi Hilton bildirib.

Ancaq bu immiqrant deyib ki, ölkə Trampın idarəsi altında ksenofob olub.

“Biz hamımız immiqrantıq və bu ölkəni möhtəşəm edən də budur, bizlərik. Və əgər Trampın siyasəti davam etdə, ölkə divarlarla əhatə olunacaq, biz isə buna imkan verə bilmərik,” Bayden tərəfdarı Nassir Bayram bildirib.

Namizədlər və seçicilərin seçki nəticələrini qəbul etməyəcəklərinə dair narahatlıqlar mövcuddur.

“Düşünürəm ki, ölkə bir araya gəlib, birlik olub hər hansı nəticəni qəbul etməlidir,” Vaşinqton şəhərində seçici Meqan Tomas deyib.

Yekun nəticələr günlər və ya həftələr sonra bəlli ola bilər. Virciniyada seçki rəsmisinin dediyinə görə, ölkə boyu səsvermə qaydaları bir-birincən fərqlənir.

“Bu gün nəticələr qismən bəlli olacaq. Yekun nəticə bəlli olmayacaq, çünki insanlar bülletenləri poçtla cümə gününə qədər göndərə bilərlər” Feirfaks mahalının seçki idarəsinin direktoru Qari Skot deyib.

Pensilvaniyada Baydenə səs verən seçici Bet Consonun dediyinə görə, ən önəmlisi odur ki, hər bis səs sayılsın.

“Mən dua edirəm ki, onlar hər bir səsin hesablanmasına imkan versinlər. Dəlilik baş verməməlidir. Səslərin hesablanmasına imkan verin. Bundan sonra isə müzakirə edək. Çünki mənim ailəmdə fərqli düşünən insanlar var, amma mən yenə də onları sevirəm,” pensilvaniyalı Bayden tərəfdarı Bet Conson deyib.

Səslər heç bir problem olmadan hesablanacaqmı və ya hər iki partiya da nəticələri qəbul edəcəkmi? Amerikalılar və bütün dünya bu suallara cavabları izləyib görəcəklər.

Şərhlərə bax

XS
SM
MD
LG