Accessibility links

ABŞ seçkiləri: Amerikalılar nə üçün erkən səs verir


ABŞ seçkiləri: Amerikalılar nə üçün erkən səs verir
please wait

No media source currently available

0:00 0:03:03 0:00

Birləşmiş Ştatlarda noyabrın 3-də prezident seçkilərindən öncə presendenti olmayan sayda amerikalı erkən səsverməyə üstünlük verir. Artıq 14 milyondan çox insan səs verib və seçkiyə qədər qarşıdan gələn günlər milyonlarla amerikalının erkən səs verəcəyi gözlənilir.

Florida ştatının sakini Rita Rad 1960-cı illərin əvvəllərində kommunist Kubadan Amerikaya valideynləri olmadan gətirilən minlərlə uşaqdan biri olub. O, demokrat namizəd Co Bayden prezident olsa, Amerikanın sosializmə istiqamət götürə biləcəyindən qorxur.

Rita Rad: “Sosializm, solçular və başqa nəsə ilə flirt etmək bizim ölkəmiz üçün səhvdir. Bu, böyük bir səhvdir.”

Baydenin mötədil siyasətçi olması Radın fikrini dəyişmir. O, prezident Donald Trampa erkən səs verərək, seçki bülletenini səsvermə məntəqəsinə gəririr.

Rad seçkiyə iki həftədən çox qalmış səs verir.

Bəziləri deyir ki, Floridada hər gün seçki günüdür. Ştatda ölkənin hər yerindən daha çox seçici erkən səs verir. Rita Rad kimi iki milyon Florida sakini artıq səslərini verib.

Bu yaxınlarda insult olmasına baxmayaraq, Mayk Vebli də erkən səs verir. O, Co Bayden tərəfdarıdır.

Mayk Vebli: “O bu ölkəni yoluna salmaq üçün nə lazım olduğunu daha yaxşı bilir. Hesab edirəm ki, onun siyasəti daha inklüzivdir.”

Bütün ölkə boyu seçicilər ya şəxsən, ya da poçt vasitəsilə səs verərək rekord vurur. Bunun əsas səbəbi isə koronavirusdur.

Larri Klark: “Bəzi qruplar arasında sosial məsafə gözlənilmir, buna görə də mən bu il qiyabi olaraq səs verirəm.”

Kristian Conson isə 3 Noyabr seçki gününü reklam edən köynəklər satır və Baydenə səs verməyi düşünür.

Kristian Conson: “Hamı qorxu içindədir. Koronavirus tutmaqdan, başqa nədənsə qorxur. Amma yaşamaq da lazımdır. Həmişə qorxmaq və daim qapalı şəraitdə yaşaya bilməzsiniz.”

Tramp və Bayden arasında tərəfdarlarının nə vaxt səs verməsi məsələsi ilə bağlı fikir ayrılıqları var. Prezident seçiciləri seçki günündə səs verməyə təşviq edərək, heç bir dəlil gətirmədən poçtla səsvermədə pozuntular olduğunu deyir.

ABŞ prezidenti Donald Tramp: “Ehtiyatlı olun, çox sayda saxtakarlıqlar olur. Görürsünüz nə baş verir. Hər gün bu barədə oxuyursunuz.”

Demokrat namizəd Co Bayden fərqli mesaj verir: “Hələ də poçtla səs vermək üçün müraciət edə bilərsiniz. Bunu bacardığınız qədər tez edin.”

Tarixən Respublikaçılar daha erkən səs verir. Lakin bu il belə deyil. Florida Universitetinin Seçki Layihəsinə əsasən, demokratlar respublikaçıları erkən səsvermədə 2:1 nisbəti ilə üstələyir.

Riç Eksner Clevelend.com saytı üçün siyasi statistikanı şərh edir: “İntensivlik nəinki erkən səs verənlər, həm də seçki bülletenlərini almaq istəyənlər baxımından əvvəllər müşahidə etdiyimdən daha yüksəkdir."

Floridadan sonra erkən səs verən seçicilərin sayına görə ikinci yerdə olan Virciniyada da eyni durumdur.

“Mən bu gün işləməliyəm, amma bu, indi daha vacibdir, ona görə buna edirəm", seçicilərdən biri deyir.

Bu tendensiya davam etsə, bu, 2016-cı ildə səs verən 55 faizdən xeyli yüksək rekord iştirak demək ola bilər.

XS
SM
MD
LG