Accessibility links

Amerikalılar 11 sentyabr hücumlarının 19-cu ildönümünü qeyd edir


ABŞ Prezidenti Donald Tramp və onun Demokrat rəqibi Co Bayden 11 sentyabr hücumunun 19-cu ildönümü səbəbilə keçirilən mərasimlərlə iştirak edib. Tramp cümə günü Pensilvaniya ştatının Şanksvil şəhəri yaxınlığında 40 sərnişinin öldüyü 93 nömrəli Reys Xatirə Memorialında çıxış edib.

Bayden isə Nyu Yorkda Milli 11 Sentyabr Memorial və Muzeyində keçirilən anım mərasimində iştirak edib. Onun daha sonra Şanksvilə yola düşüb.

"Ölkə boyu hər bir 11 sentyabr qurbanın ailəsinə bildirmək istəyirəm ki, birinci xanım və mən bu müqəddəs torpağa gələrək bilirik ki, qəlbinizdəki boşluğu doldura və bu günün kədərini silə bilməyəcəyik. Biz sizə bütün amerikalıların sarsılmaz sevgisini, dəstəyini və sədaqətin vəd edirik".

Tramp çıxışı zamanı "Bu gün faciənin qurbanlarına ehtiramımızı bildiririk və 11 sentyabr 2001-ci ildə bizdən alınan 3000-ə yaxın dəyərli və gözəl ruh üçün dərindən kədərlənirik" deyib.

"Ölkə boyu hər bir 11 sentyabr qurbanın ailəsinə bildirmək istəyirəm ki, birinci xanım və mən bu müqəddəs torpağa gələrək bilirik ki, qəlbinizdəki boşluğu doldura və bu günün kədərini silə bilməyəcəyik. Biz sizə bütün amerikalıların sarsılmaz sevgisini, dəstəyini və sədaqətin vəd edirik".

Vitse-prezident Co Bayden isə qurbanlara ehtiramını çatdırmaq məqsədilə anım mərasimdə iştirak etməklə yanaşı seçki reklamlarını və kampaniyasını bir günlük dayandırdığını bildirib.

"Bu gün heç bir xəbər verməyəcəm" deyən Bayden "11 sentyabr hadisələrindən başqa heç nə haqqında danışmayacağam. Bütün reklamlarımızı saxladıq. Bu gün anım gündür və bunu belə də saxlayacağıq" bildirib.

"Bu gün heç bir xəbər verməyəcəm. 11 sentyabr hadisələrindən başqa heç nə haqqında danışmayacağam. Bütün reklamlarımızı saxladıq. Bu gün anım gündür və bunu belə də saxlayacağıq"

Nyu Yorkdakı 11 sentyabr anım mərasimində Bayden əlil arabasında oturan yaşlı bir qadının hücumlarda ölən 43 yaşındakı oğlunun şəklini tutduğunu görüb. Beyin xərçəngi səbəbilə oğlunu itirən Bayden qadından şəkli alaraq "Bu ağrı heç keçmir " deyib. Qadın da eyni sözləri təkrarlayıb.

Vitse-prezident Mayk Pens də Nyu Yorkda siyasətçilərin çıxış etmələrinin qadağan olduğu, lakin iştirak etmələrinə icazə verilən 11 sentyabr anım mərasiminə qatılıb. Bayden 2010-ci ildə vitse-president, Donald Tramp isə 2016-cı ildə prezidentliyə namizəd olaraq bu mərasimə qatılmışdı.

Pens daha sonra yaxınlıqdakı Qüllələrə Tunel Vəqfinin mərasimində həyat yoldaşı Karenlə birlikdə incildən hissələr oxuyub.

Bu ilki 11 sentyabr tədbirləri əvvəlki illərdən fərqli keçirilir. Hər il amerikalılar ABŞ torpağında baş verən ən böyük terror hücumunun qurbanlarını anmaq üçün bir araya gələrək, əl-ələ tutub, onlarını adlarını oxuyaraq dua edirdi.

Lakin bu il pandemiya səbəbindən bu birliyi nümayiş etdirmək mümkün deyil. Bu il hətta New York şəhərində ənənəvi olaraq ildönümü zamanı Manhetten səmasına əks etdirilən əkiz işıqlar olmayacaq. Milli 11 Sentyabr Memorial və Muzeyinin sözçüsü New York Times-a verdiyi açıqlamada bildirib ki, bu qrəar işıqları quraşdırmaq üçün bir-birilərinə yaxın məsafədən çalışan 40 nəfərlik ekipajın sağlamlıqlarına hər hansı riskdən qaçınmaq üçün verilib.

Hər il anma tədbirinə ev sahibliyi edən Milli Park Xidməti bu il koronavirusun yayılmasını minimuma endirmək üçün qısa bir mərasim planlaşdırır. Xidmətin saytında yer alan məlumata görə, 93 nömrəli reysdə həyatını itirən hər bir sərnişin və heyət üzvünün adı "Xatirə zəngləri" sədası altında ucadan oxunacaq.

Park xidmətindən verilən məlumata əsasən prezident və birinci xanım Melaniya Tramp 11 sentyabr 2001-ci il tarixində "həyatlarının itirənlərin xatirələrini anmaq üçün" ərazini ziyarət etdikdən sonra Donald Tramp orada çıxış edib.

Vitse-prezident Mike Pens və həyat yoldaşı Karen isə bu il Nyu Yorkda keçiriləcək 11 sentyabr anım mərasimlərinə qatılacaqlar.

2200 hektarlıq ərazini əhatə edən 93 Nömrəli Reys Xatirə Memorialı Pensilvaniya çöllərində qəzaya uğradılmış təyyarənin göyərtəsindəki 40 nəfərin hamısının öldüyü yerdir. Həmin gün daha 3 təyyarə Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin əkiz qüllələrinə və Pentaqonun binasına çırpılmışdı. ...

Amerikalılar cümə günü 11 sentyabr 2001-ci il tarixində Nyu-York, Virciniya və Pensilvaniyada 3,000 nəfərin ölümünə səbəb olan terror hücumlarının 19-cu ildönümünü qeyd edir.

Hücumlarda istifadə olunan dörd sərnişin təyyarə Əl-Qaidə ilə əlaqəli 19 nəfər tərəfindən qaçırılmışdı.

1941-ci ildə Yaponiya qüvvələrinin Pearl Harbor-a hücumdan bəri Amerika torpağına edilən ən ölümcül hücumdan sonra 11 sentyabr hadisələri Amerikanın təhlükəsizlik anlayışını həmişəlik dəyişdi. O vaxt prezident olan Corc W. Buş terrorizmə müharibə elan etdi və Əfqanıstana hərbi müdaxilə etdi. ABŞ başçılıq etdiyi koalisiya qüvvələri Əfqanıstandakı Taliban qüvvələrini hakimiyyətdən devirdi.

Bu ilin əvvəlində ABŞ və Talibanın qarşıdurmaya son qoymağı nəzərdə tutan bir müqavilə imzalamasına baxmayaraq orada müharibə hələ də davam edir.

Terror hücumlarından sonra Amerika Birləşmiş Ştatları Əl-Qaidə lideri Osama bin Ladeni illərlə axtardı və 2011-ci ilin may ayında ABŞ-ın Hərbi Dəniz Piyada Qüvvələri Pakistanın Abbotabad şəhərindəki bir kompleksə basqın edərək onu öldürdü.

Hücumlar zamanı ölənlərin xatirələrinə həsr edilmiş abidələr Nyu-York, Virciniya və Pensilvaniyadadır. Hücumdan sonra Pentaqonun dağıntıya məruz qalan hissəsi tez bir zamanda yenidən bərpa edildi.

Dünya Ticarət Mərkəzinin yerindəki yeni qüllənin inşası daha uzun vaxt aparsa da, hazırda ABŞ-dakı ən hündür tikili olaraq Manhattanın səmasında yüksəlir.

XS
SM
MD
LG