Accessibility links

Prezident Obama:”Əl-Qaidə rəhbərliyi darmadağın edilib, Usama Bin Laden isə artıq təhlükə deyil”


ABŞ prezidenti həftəlik müraciətini 11 sentyabr hücumlarının ildönümünə həsr edib

ABŞ prezidenti Barak Obama 11 sentyabr hücumlarının 11-ci ildönümünü qeyd edərək, Birləşmiş Ştatların həyatlarını qurban vermiş insanların xatirəsini andığını deyib.

Şənbə günü Amerika xalqına həftəlik müraciətində prezident Obama Nyu-York, Vaşinqton və Pensilvaniyada hücumlara cavab vermiş insanların şücaətini xüsusi qeyd edib. O həmçinin Birləşmiş Ştatların hücumlara cavabına yüksək qiymət verərək deyib ki, Əl-Qaidə rəhbərliyi darmadağın edilib və Usama Bin Laden artıq təhlükə deyil.

Cənab Obama bildirib ki, hücumlar ABŞ-ın beynəlxalq ictimaiyyət arasında mövqeyini sarsıtmadı və əksinə Birləşmiş Ştatların başçılığı ilə koalisiyanın yaradılmasına gətirib çıxardı və ölkənin təhlükəsizliyinin gücləndirilməsi ilə nəticələndi.

Respublikaçılar partiyasının şənbə günü müraciətində ABŞ-ın Vayominq ştatını təmsil edən senator Con Barrasso ölkədə durumun prezident Obamanın dörd il rəhbərliyi altında daha yaxşı olmadığını deyib. Senatorun sözlərinə görə, prezidentin iqtisadi siyasəti vəziyyətin yaxşılaşmasının və işsizlik səviyyəsinin enməsinin qarşısını alır.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG