Accessibility links

Avropa Parlamentindən Avropa Birliyinə məsləhət


Avropa Parlamenti Avropa Birliyinə məsləhət görür ki, Türkiyə ilə üzvlük danışıqlarını rəsmən təxirə salsın. Səbəb bu ölkədə insan haqları və hüququn aliliyi sarıdan narahatlıqların artmasıdır.

İyulun 6-da parlament 477-64 səs çoxluğuyla hesabat qəbul edib. Hesabatda Türkiyəylə danışıqların rəsmən ertələnməsi tövsiyə olunur.

Qeyd edək ki, apreldə Türkiyədə keçirilmiş referendumda təsdiqlənmiş konstitusiya dəyişiklikləri prezidentin səlahiyyətlərini gücləndirib.

Avropa Parlamenti AB-nin 28 üzv ölkəsini çağırır ki, Ankara konstitusiya islahatlarını olduğu kimi gerçəkləşdirsə, danışıqlar «yubanmadan» təxirə salınsın.

Türkiyənin AB ilə münasibətləri üzrə naziri Ömer Çelik hesabatın münasibətləri sabotaj etməyə hədəfləndiyini bildirib.

XS
SM
MD
LG