Accessibility links

Dövlət Departamenti Kubada həbs edilmiş amerikalının azad edilməsinə çalışır


ABŞ Dövlət Departamenti Kubada həbs edilmiş amerikalı podratçı Alan Qrosun səhhətinin pisləşdiyini və artıq yeriyə bilmədiyini deyərək onun dərhal azad edilməsinə çağırıb.

Dövlət Departamentinin sözcüsü Viktoria Nuland deyib ki, iki il yarım bundan əvvəl həbs edilən Qros cəza çəkdiyi müddətdə 45 kiloqram arıqlayıb və oynaqlarında iltihab yarandığından artıq yeriyə bilmir.

Qros 2009-cu ilin dekabr ayında Havanada həbs edilib. Sonra o, dövlətə qarşı cinayət ittihamı ilə 15 il azadlıqdan məhrum edilib. ABŞ Beynəlxalq İnkişaf Agentliyinin podratçı özəl şirkəti üçün çalışan Qros internet avadanlığı və peyk telefonlarını Kubanın dissident qrupuna satmaqda ittiham edilib.

XS
SM
MD
LG