Accessibility links

ABŞ BMT qətnaməsində İsraili dəstəkləmədi


Amerika Birləşmiş Ştatları BMT Təhlükəsizlik Şurasında İsrailin Fələstin ərazilərində yaşayış məntəqələri salmasına etiraz etməməklə yaxın tarixdə müttəfiqi ilə münasibətlərə yenilik gətirib. BMT-nin qəbul etdiyi qətnamə İsrailin bu addımlarını beynəlxalq hüququn “kobud şəkildə tapdanması” kimi qiymətləndirir.

Vaşinqtonun bitərəf qalması şuranın 14:0 səsi ilə qətnaməni qəbul etməsinə yol açıb.

Həmişə olduğu kimi İsrailin lehinə qətnaməyə veto qoymaq əvəzinə, ABŞ bitərəf qalıb.

Vaşinqtonun bu addımı şuranın 14:0 səsi ilə qətnaməni qəbul etməsinə yol açıb. ABŞ səfiri Samanta Pauerin bitərəf qalması salonda alqışlarla qarşılanıb.

Qətnamə İsrailin 1967-ci ildə işğal olunmuş Fələstin ərazilərində, o cümlədən Şərqi Qüdsdə, yeni yaşayış məntəqələri salmasının hüquqi əsası olmadığını təsbit edir. Sənəd tələb edir ki, “iki-dövlət həll yolunun xilas edilməsi” üçün “bütün İsrail yaşayış məntəqələri” dayandırılmalıdır.

Yenicə prezident seçilmiş Donald Tramp qətnaməyə reaksiyasında hakimiyyətə gəldikdən sonra ABŞ-ın fərqli mövqe tutacağını vurğulayıb. "Məsələlər 20 yanvardan sonra fərqli olacaq," deyə o Tvitterdə bəyan edib.

XS
SM
MD
LG