Accessibility links

ABŞ-da cinayət məqsədi ilə istifadə edilən silahların yarısı az sayda ştatlarda satılır


ABŞ-da cinayət məqsədi ilə istifadə edilən silahların yarısı az sayda ştatlarda satılır
ABŞ-da cinayət məqsədi ilə istifadə edilən silahların yarısı az sayda ştatlarda satılır

Agentlik ştatlararası nəzarəti intensivləşdirəndən sonra 43000-dən çox cinayətdə istifadə edilən silahın mənbələrini müəyyən edib

Yeni hesabat ötən il ABŞ-da cinayət məqsədi ilə istifadə edilən silahların təxminən tam yarısı az sayda ştatlarda satıldığını göstərir. Merlər Qanunsuz Silah Əleyhinə qrup tərəfindən bazar ertəsi açıqlanan təhqiqat nəticələrində bildirir ki, Florida, Virciniya, Texas və Kaliforniya ştatları daxil olmaqla, 50 ştatın cəmi 10-da silahlar satılıb. Hesabat eyni zamanda hər ştatda əhalinin sayına əsasən məlumatlara dəyişiklik edib. Bu hesabata görə Mississipi, Qərbi Virciniya, Kentaki və Alyaska ştatları ən çox silah ixrac edən ştatlara aiddir . Qrup bu ştatlarda silaha dair daha mülayim qanunlar olduğunu bildirib. Cinayətkarlar silah almaq üçün həmin ştatlarda fəaliyyət göstərirlər. Hesabatda ABŞ-ın spirtli içki, tütün, odlu silah və partlayıclara dair bürosunun məlumatlarından istifadə edilir. Agentlik ştatlararası nəzarəti intensivləşdirəndən sonra 43000-dən çox cinayətdə istifadə edilən silahın mənbələrini müəyyən edib.

XS
SM
MD
LG