Accessibility links

ABŞ-da elektron səsvermə aparatlarını saxtalaşdırmaq olarmı?


ABŞ-da elektron səsvermə aparatlarını saxtalaşdırmaq olarmı?
ABŞ-da elektron səsvermə aparatlarını saxtalaşdırmaq olarmı?

2000-ci il prezident seçkilərinin nəticələrinin taleyini Florida ştatında əllə atılmış cəmi bir neçə yüz bülleten həll etmişdi. Bu səslərin təkrar hesablanması və bu bülletenlərin işarələnməsindəki problemlər gələn seçkilərdə daha çox elektron səsvermə aparatlarından istifadə olunmasına səbəb olmuşdu.

ABŞ-da ilkin seçki mövsümü 2012-ci ilin əvvəllərində qızışmağa başladığı bir vaxt seçicilər üstünlük verdikləri namizədləri seçmək üçün səsvermədə iştirak edəcək. Noyabrda keçiriləcək əsas seçkilərədək amerikalıların 30 faizi elektron səsvermə cihazından istifadə edəcəklər. İllinoys ştatının Çikaqo şəhərində Arqon Milli Laboratoriyasındakı tədqiqatçılardan ibarət qrup müəyyən edib ki, elektron maşınlardan asanlıqla sui-istifadə oluna bilər və bu da səsvermənin təhlükəsizliyini və effektivliyini şübhə altına ala bilər.

Arqon Milli Laboratoriyasında tam ştatda çalışan Con Vorner dünyanın ən həssas sahələrində təhlükəsizliyin səviyyəsini yoxlayır: "Biz beynəlxalq nüvə təhlükəsizliyini yoxlayırıq. Real təhlükəsizlik sistemlərinə daxil oluruq".

Onlar simulyasiya olunmuş seçkilərdə elektron seçki aparatında səsverməni saxtalaşdırmağa çalışırlar: “Bu aparatlar modul şəklində dizayn olunub. Demək, həssas monitor var və bu moduldur. Monitora tıklayanda, siqnal CPU adlanan mərkəzi prosesləmə sisteminə göndərilir və sistem nə ilə isə cavab verir. Mənim etdiyim isə bu kommunikasiya axınını dayandırmaqdan ibarətdir. Əgər mən verilən səsi xoşlayıramsa, sistemin qarşısını kəsmirəm, əgər xoşuma gəlmirsə, axının qarşısını alıram”.

Vorner kiçik, uzaqdan idarə edilən cihazdan istifadə edərək elektron aparatlarda səsvermə məlumatlarına müdaxilə edir.

Rocer Conston Arqon Açıq Qiymətləndirmə İdarə heyətinin üzvüdür:

“Fikrimcə səsvermə aparatlarında təhlükəsizlik tədbirlərinin güclü olmadığını müşahidə etdik”.

Conston təhlükəsizlik narahatlıqlarının fərqli aspektlərinə də toxunur. “Adətən bu aparatlar çox zəif qorunan anbarlarda saxlanılır, ümumilikdə isə bu aparatlar seçki məntəqələrin 3 tərəf olan daşıma şirkətləri tərəfindən çatdırılır. Daşıma şirkətlərində çalışan fərqlərin, sürücülərin kimliyi yoxlanılmır. Adətən səsvermə aparatları məkana çatdırılanda heç kəs onları təhvil almır və nəzarəti öz üzərinə götürmür. Ona görə də bu aparatlara müdaxilə etmək üçün yetərli qədər vaxt olur”-deyə o bildirir.

Constonun üzvü olduğu qrup 12 müxtəlif modelli aparatdan ikisini sınaqdan keçirib.

2000-ci il prezident seçkilərinin nəticələrinin taleyini Florida ştatında əllə atılmış cəmi bir neçə yüz bülleten həll etmişdi. Bu səslərin təkrar hesablanması və bu bülletenlərin işarələnməsindəki problemlər növbəti seçkilərdə daha çox elektron səsvermə aparatlarından istifadə olunmasına səbəb olmuşdu.

Conston deyir ki, seçki nəticələrinin mümkün qədər tez açıqlanmasına olan tələbat elektron səsverməyə olan tələbatı da artırır. Ancaq onun sözlərinə görə, əgər aparatlar təhlükəsiz deyilsə, bu, seçkinin ədalətliliyini şübhə altına ala bilər.

XS
SM
MD
LG