Accessibility links

ABŞ-da partiyadaxili ilkin seçkilər qızğın keçdi


Prezident Obamanın Senatda müttəfiqi olan Blanş Linkoln Leytenant-Qubernator Bill Halteri Demokrat partiyasının praymerisində məğlub edib

Dünən bütün ABŞ boyu praymeriz adlanan partiyadaxili seçkilər qızğın keçib. Tanınmış ABŞ senatoru cüzi səs fərqi ilə növbəti il seçkilərində iştirak etmək üçün mandat qazana bilib. Prezident Obamanın Senatda müttəfiqi olan Blanş Linkoln Leytenant-Qubernator Bill Halteri Demokrat partiyasının praymerisində məğlub edib. Kaliforniya ştatında Respublikaçı seçicilər eBay şirkətinin sabiq prezidenti Meq Vitmanı qubernatorluğa namizəd seçiblər. Payızda o, ştatın baş prokuroru Demokrat Cerri Braunla qubernator iqamətgahı uğrunda yarışacaq. Kaliforniya Respublikaçılarının Senat üzrə praymerisində isə Hewlett-Packard şirkətinin sabiq prezidenti Karli Fiorina rəqiblərini məğlub edərək Demokrat Barbara Bokserlə yarışmaq imkanı əldə edib. Nevada ştatında Çay Ziyafəti hərəkatınn namizədi hesab edilən Şərron Ənql qalib çıxıb. Qarşıdan gələn noyabrda o, rəy sorğularında populyarlığı aşağı olan Senatın Demokrat çoxluğunun lideri Hərri Ridlə üz-üzə gələcək.

XS
SM
MD
LG