Accessibility links

ABŞ-da partiyadaxili seçkilər gərgin keçib


Kentaki ştatında Respublikaçı seçicilər partiya liderlərinin sevimli namizədini rədd edərək Çay Ziyafəti hərəkatını təmsil edən Rənd Polu Senata namizəd qismində müəyyən ediblər

ABŞ-ın Pennsilvaniya ştatında Demokratların ilkin seçkilərində veteran senator Arlen Spekter konqresmen Co Sestaka məğlub olub. 30 il Respublikaçı senator olmuş Spekter ötən il prezident Barak Obamanın dəstəyi ilə Demokrat Partiyasına keçmişdi. Lakin cənab Obamanın dəstəyi beş dönəmlik senatoru xilas edə bilmədi. Sestak indi Respublikaçı Pat Tumi ilə Senat yeri uğrunda mübarizə aparacaq. Kentaki ştatında Respublikaçı seçicilər partiya liderlərinin sevimli namizədini rədd edərək Çay Ziyafəti hərəkatını təmsil edən Rənd Polu Senata namizəd qismində müəyyən ediblər. Libertar baxışlarına görə tanınan Texaslı konqresmen Ron Polun oğlu Kentaki Dövlət Katibi Trey Qreysonu Respublikaçıların praymerisində məğlub edib. Arkanzasda isə Demokrat Senator Blanş Linkoln praymeridə əksər çoxluğu əldə edə bilmədiyindən iyunda ikinci raund seçkilərdə Leytenant Qubernator Bill Halterlə üzləşəcək.

XS
SM
MD
LG