Accessibility links

ABŞ-da qeyri-qanuni mühacirlərə qarşı ciddi ölçülər götürülür


ABŞ-ın milli təhlükəsizlik naziri Canet Napolitano
ABŞ-ın milli təhlükəsizlik naziri Canet Napolitano

Son yeddi gün ərzində Birləşmiş Ştatlarda aparılan əməliyyatlar zamanı əvvəllər cinayət məsuliyyətinə cəlb edilmiş 2 900 nəfər qeyri-qanuni mühacirin saxlandığı bildirilir. ABŞ-ın İmmiqrasiya və Gömrük Nəzarəti təşkilatlarının bu gün açıqladıqları məlumatda deyilir ki, geniş miqyaslı əməliyyatlar Amerikanın 50 ştatında və ABŞ-a məxsus olan dörd bölgədə aparılıb.

Belə ölçülər Milli Təhlükəsizlik İdarəsinin başçısı Canet Napolitanonun ciddi cinayətlərdə əli olan və emiqrasiya qanunlarını pozanların ölkədən deportasiya ediləcəyini deməsindən sonra götürülüb.

Ötən həftə keçirilən əməliyyatlar zamanı 1200 nəfərin bir neçə dəfə cinayət məsuliyyətinə cəlb edildikləri, 1600 nəfərdən çoxunun isə qətl, insan oğurluğu, zorlama və narkotik maddə qaçaqmalçılığında əli olduqlarına görə nəzarət altına alındıqları deyilir.

XS
SM
MD
LG