Accessibility links

ABŞ din azadlığını pozan ölkələrin adlarını açıqladı


ABŞ din azadlığını pozan ölkələrin adlarını açıqladı
ABŞ din azadlığını pozan ölkələrin adlarını açıqladı

ABŞ-ın Beynəlxalq Din Azadlıqları üzrə Komissiyası dünyada din azadlığını ən çox pozan 14 ölkənin adını açıqlayıb. İlk dəfə olaraq Misir siyahıya salınıb.

Bu gün çıxan illik hesabatında komissiya Misirdə ötən il dini azadlığın pozulması faktlarının kəskin şəkildə artdığını bildirir.

Komissiya koptik xristianlara və başqa dini azlıqlara qarşı artmaqda olan zorakılıqlara istinad edir.

Hesabat Misir hökumətini bu zorakılıqlarda iştirak etməkdə və ya bu zorakılıqlara dözüm nümayiş etdirməkdə təqsirləndirir.

Hesabat qətl halları daxil olmaqla hücumların prezident Hüsnü Mübarəkin fevral ayında istefa verməsindən sonra davam etməkdə olduğunu bildirir və cinayətkarları ədalət məhkəməsi qarşısına çıxarılmamasından gileylənir.

Komissiyanın hesabatında Yaxın Şərqdə İran, İraq və Səudiyyə Ərəbistanı, Asiyada Birma, Çin, Şimali Koreya, Vetnam, Pakistan, Türkmənistan və Özbəkistan, Afrika qitəsində isə Eritrea, Nigeriya və Sudan yer alıblar.

XS
SM
MD
LG