Accessibility links

ABŞ diplomatı Qırğızıstanda zorakılıqlarla əlaqədar təhqiqat aparmağa çağırır


Erik Şvarts deyib ki, qırğızlar və özbəklər arasında toqquşmaların səbəblərini araşdırmaq üçün təhqiqata hökumət ciddi yanaşır

ABŞ-ın yüksək səviyyəli diplomatı keçən ay Qırğızıstanda insan ölümü ilə nəticəlnmiş etnik zəmində zorakılıqlarla əlaqədar müstəqil və qərəzsiz təhqiqata çağırıb. Dövlət katibinin əhali, qaçqınlar və miqrasiya məsələləri üzrə yardımçısı Erik Şvarts bu gün paytaxt Bişkekdə Qırğızıstanın müvəqqəti hökumətinin liderləri ilə görüşüb və deyib ki, onlar Oş və Cəlalabad şəhərlərində qırğızlar və özbəklər arasında toqquşmaların səbəblərinin araşdırılması üçün təhqiqata ciddi yanaşırlar. İyunun 10-da baş vermiş zorakılıqlar nəticəsində 2000 adam həlak olmuş və 400,000-ə yaxın insan yerlərindən didərgin düşmüşdür. Qırğızıstana səfəri zamanı Şvarts deyib ki, cənub bölgələrində vəziyyət ağır olaraq qalmaqdadır.

XS
SM
MD
LG