Accessibility links

ABŞ dövlət katibi Hillari Klinton Cənubi Asiyaya rəsmi səfərinə başlayıb


Xanım Kilnton səfərinin ilk dayanacağı Pakistandadır

Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton Əfqanıstanda artıq 9 ilə yaxındır gedən müharibədə əsas məqsədləri müzakirə etmək üçün Cənubi Asiyaya səfərinin ilk dayanacağı olan Pakistandadır. İslamabada bu gün çatan xanım Klinton müharibədə qələbə əldə edilməsi üçün Pakistan və Əfqanıstan arasında əməkdaşlığın vacib olduğunu vurğulayacaq. ABŞ dövlət katibi Pakistana nəzərdə tutulan iki günlük səfəri çərçivəsində bu ölkədə güclü anti-Amerika əhvali-ruhiyyəsini aradan qaldırmaq üçün ordu başçıları, siyasi və mülki liderlərlə görüşəcək.

Rəsmilərin dediyinə görə, Birləşmiş Ştatların pilotsuz təyyarələrinin yaraqlıların məhvini nəzərdə tutduğu hücumları zamanı mülki vətəndaşların qətlləri Pakistanda Amerikaya qarşı dərin etibarsızlığa gətirib çıxarmışdır.

XS
SM
MD
LG