Accessibility links

ABŞ dövlət katibi Amerika ilə Vyetnam arasındakı normal münasibətləri alqışlayıb


Hillari Klinton Vyetnamın xarici işlər naziri ilə görüşü zamanı vətəndaş hüquqları barədə narahatlıqlarını dilə gətirib

ABŞ dövlət katibi Hillari Klinton Amerika ilə Vyetnam arasındakı normal münasibətləri alqışlasa da, Vyetnamda insan hüquqlarının vəziyyətinə dair narahatlığını bildirib. ABŞ-Vyetnam əlaqələrinin rəsmiləşdirilməsinin 15-ci ildönümü münasibəti ilə Hanoyda olan xanım Klinton vyetnamlı həmkarı ilə birgə mətbuat konfrasında iştirak edib. Dövlət katibi deyib ki, Vyetnam ABŞ qüvvələrinin 1975-ci ildə Sayqonu tərk etməsindən sonra böyük nailiyyətlər əldə edib.

Hillari Klinton Vyetnamın xarici işlər naziri ilə görüşü zamanı vətəndaş hüquqları barədə narahatlıqlarını dilə gətirdiyini bildirib.O, Amerikanın Vyetnam müharibəsi zamanı istifadə etdiyi herbisidlərin təmizlənməsində Vyetnama yardımların artırılacağını deyib.

XS
SM
MD
LG