Accessibility links

ABŞ dövlət katibinin körfəz ölkələrinə səfəri başa çatır


ABŞ dövlət katibinin körfəz ölkələrinə səfəri başa çatır
ABŞ dövlət katibinin körfəz ölkələrinə səfəri başa çatır

ABŞ dövlət katibi Hillari Klinton Qətərdə ərəb ölkələrinin liderləri ilə ekstremizm və sabitsizliyin aradan qaldırılması üçün iqtisadi və siyasi islahatları müzakirə edib. Bu gün paytaxt Dohada çıxış edən xanım Klinton deyib ki, dövlət başçıları gənclərin rolunun artırılması üçün iş görməsələr, başqaları bunu böyük həvəslə edəcək. O, yoxsulluq və nacarlığın ekstremist və terrorist qrupların mənafeyinə xidmət etdiyini bildirib. Hillari Klinton deyib ki, korrupsiyaya son qoyulmalı,qadın və azlıqların imkanları artırılmalıdır. Birləşmiş Ərəb Əmirlikləri, Oman və Qətərdə xanım Klinton körfəz ölkələrinin liderləri ilə yanvar ayının 21-də İstanbulda keçiriləcək nüvə danışıqlarını müzakirə edib. Qətərdə dövlət katibi ərəb ölkələri və 8 sənayeləşmiş dövlətin “Gələcək Forumu” adlı tədbirində iştirak edib.

XS
SM
MD
LG