Accessibility links

ABŞ hökumətinin mövqeyini əks etdirən baş məqalə


ABŞ hökumətinin mövqeyini əks etdirən baş məqalə
ABŞ hökumətinin mövqeyini əks etdirən baş məqalə

İranda insan hüquqları müdafiəçilərinə qarşı təzyiqlər artıb

İnsan hüquqları müdafişçiləri İranın insan hüquqları üzrə vəkili Məhəmməd Mustafayinin xanımı və qaynının həbsi ilə bağlı narahtlığını bildirir. Mustafayi 43 yaşlı, 2 uşaq anası İran azərbaycanlısı Səkinə Məhəmmədi Aştianinin xəyanət ittihamı ilə daş-qalaq edilməklə ölüm cəzası barədə məlumat yayan şəxsdir. Beynəlxalq ictimaiyyətin təzyiqləri altında İranın səlahiyyətli nümayəndələri Aştianinin ölüm hökmünün icrasını təxirə salıb. İranın səlahiyyətli nümayəndələri Məhəmməd Mustafayinin həbsi barədə hökm çıxardıqdan, lakin onu ələ keçirə bilmədikdən sonra ailə üzvlərini hədəf alıb.İranda insan hüquqları kampaniyasının rəhbəri Hadi Qaemi Mustafayenin ailə üzvlərinin saxlanmasını “girovgötürmə” adlandırıb.

İran hökumətinin jurnalistlərə qarşı təzyiq kampaniyası yeni qurbanlar meydana çıxarıb. Jurnalist Hüquqlarının Müdafiəsi Komitəsi əmid Saber adlı foto-müxbirin iyun ayında Tehran nümayişlərinə dair şəkilləri internetə yerləşdirdiyinə görə həbs edildiyini bildirir. Eyni vaxtda Əbdürza Tacik adlı qəzet yazarı da həbs edilib. Tacik Nobel sülh mükafatı laureatı Şirin İbadinin rəhbərlik etdiyi İnsan Hüquqları Müdafiəsi Mərkəzinin üzvüdür. Tacikin ailə üzvləri İranın Ədliyyə Nazirliyinə açıq məktubla müraciət edərək, onun həbxanada təzyiqlərə məruz qaldığını bildirib.

Jurnalist Hüquqlarının Müdafiəsi Komitəsi Kürdüstan İnsan Hüquqları Təşkilatının rəhbəri, İranın həftəlik ”Payame-Mərdom” jurnalının redaktoru Məhəmməd Seddiq Kabudvəndlə də bağlı narahatlığını bildirir. O, milli təhlükəsizliyə hədə ittihamı ilə 2007-ci ildən həbsədədir. Kabudvəndin vəkili onun həbsxanada 3 dəfə infakt keçirdiyini, görmə və danışıq qabilliyətinin zəiflədiyini bildirir. Amnesty İnternational və Sərhədsiz Reportyorlar Təşkilatı bu yaxınlarda İran hökumətinin siyasi məhbuslara lazımi tibbi yardım göstərmədiyini bildirib.

İranın mübahisəli prezident seçkilərinin ildönümü ilə bağlı ABŞ dövlət katibi Hillari Klinton İran hökumətini siyasi məhbusların azadlığa buraxılmasına çağırmışdı. Dövlət katibi iki məhbusun- 9 il yardım azadlıqdan məhrum edilən tələbə fəallar Bahare Hidayət və Milad Əsədinin adını çəkmişdi.

ABŞ İslam Respublikasının liderlərinin insan hüquqları və xalqına ehtiram kimi öhdəliklərinə əməl etməsi çağırışlarını təkrar edir. ABŞ dövlət katibi Hillari Klinton deyib ki, nə qədər ki, İran bu əməllərini davam etdirəcək, ABŞ universal hüquqlar uğrunda mübarizə aparan iranlılara dəstəyini əsirgəməyəcək.

XS
SM
MD
LG