Accessibility links

ABŞ Şimali Koreyanı əlavə nüvə obyektləri inşa etməkdə günahlandırır


Pxenyanda hərbi parad
Pxenyanda hərbi parad

ABŞ hökuməti Şimali Koreyanın potensial hərbi məqsədlərə xidmət edən əlavə nüvə obyektlərini gizlətdiyinin ehtimal olunduğunu bildirir. ABŞ-ın Beynəlxalq Atom Enerjisi Agentliyindəki nümayəndəsi Qlin Deyvis söyləyib ki, Şimali Koreyada əlavə uran zənginləşdirən obyektlərin inşası “aydın mümkünatdır.” O, qurumun müdirlər şurasının Vyanada keçirilən iclasında çıxış edib. Deyvisin sözlərinə görə Vaşinqton Şimali Koreyanın iddiasına zidd olaraq, Pxenyanın hələ 2009-cu ilin aprelindən əvvəl uran zənginləşdirməyə başladığına inanır. Şimali Koreya bu həftənin əvvəlində yüngül su reaktoru üçün yararlı minlərlə sentrifuqaya malik uran zənginləşdirən obyekt inşa etdiyini xəbər verib. Pxenyan bu proqramın dinc məqsədlərə xidmət etdiyini deyir.

XS
SM
MD
LG