Accessibility links

ABŞ Xüsusi Xidmət Orqanının missiyaları - müdafiə, kəşfiyyat


ABŞ-ın Xüsusi Xidmət Orqanı 1981-ci ildə prezdent Ronald Reyqana qarşı sui-qəsd cəhdinə mane olmaqla inam qazanmışdı. Xidmətin agentlikləri Amerikanın yüksək səlahiyyəli rəsmilərinin müdafiəsi ilə məşğuldur. Agentlik bundan əlavə ölkəyə səfər edən xarici liderlərin də təhlükəsizliyinin təmin edilməsinin məsuliyətini daşıyır. Xüsusi agent Bayron Tarver:“Konqres prezidentlərin müdafiəsi ilə bağlı səlahiyyəti agentliyə 1901-ci ildə həvalə edib. Tədricən biz başqa rəsmilərin müdafiəsini təmin etməyə başlamışıq. Biz prezidentlyə namizədlərin də təhlükəslziyini müdafiə etməliyik.”

Sabiq agent Tim Makkartinin dediyinə görə, prezidentlərin müdafiəsi şöbəsi agentliyin ən böyük şöbəsidir.

“Burada nə qədər adamın çalışdığını demək istəmirəm, lakin prezidentlərin iştirak etdiyi tədbirlərə on minlərlə agent cəlb edilə bilər.”

Xüsusi Xidmət Orqanının sabiq direktor müavini Klint Hill 1963-cü ildə öldürülən prezident Con F. Kennedinin müdafiəsinə şəxsən cavabdeh idi. Onun dediyinə görə, agentlikdə çalışanlar həqiqətən də öz missiyalarına məsuliyyətlə yanaşırlar. “Onlar olduqca əzmkardır. Nə edilməsindən asılı olmayaraq, prezidentin müdafiəsi ən şeydən öndə gedir. Siyasətin bununla heç bir əlaqəsi yoxdur.”

Prezidentlər və hökumət rəsmilərinin müdafiəsi agentliyin missiyasının yalnız bir hissəsidir.

1865-ci ildə təsis edildiyindən bəri Xüsusi Xidmət Orqanı ölkənin maliyyə sistemini də müdafiə edir. Hazırda Tailandda çalışan xüsusi agent Bayron Tarverin dediyinə görə, kəşfiyyat xidməti daxili və xarici valyutaların saxtalaşdırılmasına da mane olur.

“Malayziya və İndoneziyaya qədər saxtalaşdırma fəaiyyətli bu regionda çox fəaldır. Bir neçə il bundan əvvəl fəallıq daha yüksək idi. Lakin indi bir qədər zəifləmə müşahidə edilir. ”

Texnologiyanın inkişafı Amerikanın Xüsusi Xidmət Orqanına maliyyə təsisatlarının fırıldaqları, kompyuter cinayətləri və saxta kredit kardlarını aşkar etmək imkanı bəxş edib.

Göründüyü kimi Xüsusi Xidmət Orqanının yalnız prezidentləri müdafiəsi göz qabağındadır. Lakin daxildə agentlərin nə dərəcədə mühüm fəaliyyətlə məşğul olduğunu müşahidə etmək mümkün deyil.

XS
SM
MD
LG