Accessibility links

ABŞ kəşfiyyatçıları Yaxın Şərqdə məxfi hava bazası tikir


ABŞ kəşfiyyatçıları Yaxın Şərqdə məxfi hava bazası tikir
ABŞ kəşfiyyatçıları Yaxın Şərqdə məxfi hava bazası tikir

ABŞ mediası xəbər verir ki, Mərkəzi Kəşfiyyat Agentliyi Yəməndə terroristləri vurmaq üçün Yaxın Şərqdə məxfi hava bazası inşa edir.

Adının çəkilməsini istəməyən ABŞ rəsmisinə istinad edən Associated Press bildirib ki, baza ilin sonunadək fəaliyyətə başlaya bilər.

ABŞ hökuməti son günlərdə Yəməndə qərargahlanan Əl-Qaida təşkilatının aktivliyindən narahatlıq keçirir.

Qrup bir neçə dəfə ABŞ-a qarşı terror hücumları həyata keçirməyə çalışıb və prezident Əli Abdullah Salehə qarşı etiraz dalğası vüsət alandan bəri Yəməndə bir sıra ərazilərə nəzarəti ələ alıb.

XS
SM
MD
LG