Accessibility links

ABŞ Liviya müxalifəti ilə əlaqə qurmağa çalışır


ABŞ Liviya müxalifəti ilə əlaqə qurmağa çalışır
ABŞ Liviya müxalifəti ilə əlaqə qurmağa çalışır

Hillari Klinton ABŞ-da, o cümlədən də gələn həftə Misir və Tunisə səfəri zamanı müxalifətin nümnayəndələri ilə görüşəcəyinə söz verib

Ağ Ev bildirir ki, ABŞ Liviyanın üsyançılarının nəzarətində olan hissələrinə fəlakətdən yardım dəstələri göndərir. Bu hadisə Qərb ölkələrinin Liviyanın rəsmi müxalifətinə daha yaxın edir.

Dünən ABŞ dövlət katibi Hillari Klinton bildirib ki, Birləşmiş Ştatlar diqqətini Liviya müxalifəti ilə əlaqə qurmağa yönəldib. O ABŞ-da, o cümlədən də gələn həftə Misir və Tunisə səfəri zamanı müxalifətin nümnayəndələri ilə görüşəcəyinə söz verib. Xanım Klinton əlavə edib ki, Obama administrasiyası Liviyanın Vaşinqtondakı səfirliyi ilə əlaqələrini dayandırıb və missiyanın cənab Qəzzafinin adından fəaliyyətinə son qoyacağı gözlənilir. Fransa dünən Liviya Mİlli Şurasının Liviya xalqının legitim təmsilçisi kimi rəsmən tanıyan ilk ölkə olub.

XS
SM
MD
LG