ABŞ maliyyə naziri Timothy Geithner Beynəlxalq Valyuta Fondunu Dominique Ştrauss-Kahnı əvəzləmək üçün müvəqqəti rəhbər təyiun etməyə çağırıb. Fransalı Ştrauss-Kahn hazırda qadını zorlama cəhdində ittiham olunaraq New York həbsxanasında saxlanılır.
New Yorkda nitq söpyləyən Geithner BVF-in gələcəyinə dair fikir söyləyən son rəsmilərdəndir.
Avstriya maliyyə naziri Maria Fekter fondun reputasiyasına səyən ziyanın qarşısını almaq üçün Dominique Ştrauss-Kahnı istefa verməyə çağırıb. İspaniyanın maliyyə naziri Elena Saldago deyilənə görə basqıya məruz qalmış qadına rəğbət bəslədiyini deyib.
Çin və Braziliya rəsmiləri növbəti BVF rəhbərinin Avropadan kənardan seçilməsini təklif ediblər.