Accessibility links

BVF-in sabiq rəhbərinə qarşı mülki məhkəmə işi qaldırılıb


BVF-in sabiq rəhbərinə qarşı mülki məhkəmə işi qaldırılıb
BVF-in sabiq rəhbərinə qarşı mülki məhkəmə işi qaldırılıb

Beynəlxalq Valyuta Fondunun sabiq rəhbəri Dominik Ştrauss-Kahnı seksual təcavüzdə ittiham edən otel xadiməsi ona qarşı mülki məhkəmə işi qaldırıb. Cənab Ştrauss-Kahn Nyu York otelində "zorakı və sadist" hücum törətməkdə günahlandırılır.

Dünən təqdim etdiyi sənəddə Nafissatou Diallo Ştrauss-Kahnın bilərəkdən qəddarlıqla və zorakılıqla ona seksual təcavüz etməkdə günahlandırır və bunun nəticəsində onun rüsvay və təhqir olunduğu, habelə ləyaqətinin tapdandığını bildirir. Zərərçəkən məbləği açıqlanmayan pul tələb edir.

İttihamçılar qadının dürüstlüyünü şübhə altına alırlar.

May ayında həbs edilmiş Ştrauss-Kahna qarşı ittihamlar hələ də qalmaqdadır. Sabiq BVF rəhbəri dəfələrlə ittihamları rədd edib.

XS
SM
MD
LG