Accessibility links

ABŞ-ın Nəqliyyat Təhlükəsizliyi Administrasiyası maşın sürərkən mobil telefonların söndürülməsini tövsiyə edir (VİDEO)


ABŞ-ın Nəqliyyat Təhlükəsizliyi Administrasiyası maşın sürərkən mobil telefonların söndürülməsini tövsiyə edir (VİDEO)
ABŞ-ın Nəqliyyat Təhlükəsizliyi Administrasiyası maşın sürərkən mobil telefonların söndürülməsini tövsiyə edir (VİDEO)

Bir yeniyetmə sürücünün mesaj göndərməsi və alması səbəbindən baş verən qəza nəticəsində 2 nəfər ölüb, 38 nəfər yaralanıb

Elisa Şi yeganə yeniyetmə qızını yük maşını sürücüsünün mobil telefonla danışarkən məktəb avrobusunu vurarkən itirib. “Marci avtobusda qalan yeganə şagird idi ki, qəza zamanı həlak oldu” - deyə, Elisa bildirir.

Sürücülərin diqqətinin yayılması səbəbindən ailə üzvlərini itirənlərin sayı az deyil. Ceysi Qud qəzadan sağ çıxsa da, valideynlərinin öldüyünü deyir. “Valideynlərim dərhal ölmüşdü, Mən nəfəs almırdım və son 36 saat ərzində mənim sağ qalacağıma ümid yox idi.”

Missuri ştatında baş verən yol qəzasından sonra Nəqliyyat Təhlükəsizliyi Təşkilatı telefonlardan, mesajlardan, hətta maşın sürən zaman blu-tuzlardan istifadəyə belə qadağa qoyulması qərarına gəldi. Buna səbəb bir yeniyetmə sürücünün 11 dəqiqə ərzində 11 mesaj göndərməsi və alması olub ki, qəza nəticəsində 2 nəfər ölüb, 38 nəfər yaralanıb.

Nəqliyyat Təhlükəsizliyi Təşkilatından Debra Hörsman: “Biz hadisənin bir göz qırpımında baş verdiyini bilirik. Siz həmişə diqqətli olmalısınız. Siz sükan arxasında hansı zəngin, hansı mesajın və ya hansısa göndərişin sizing həyatınıza son qoyacağını bilmirsiniz.”

Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyasının hesabatında 90 faiz sürücünün sükan arxasında mesajlara, 60 faizinin isə mobil telefonlardan istifadəyə qadağa qoyulmasını dəstəklədiyi bildirilir. Problem 80 faiz sürücünün telefonlardan istifadəni davam etdirmək istəyindədir.

Yol Təhlükəsziliyi Sığortası institutundan Ross Reyder sürücülərin bunun problem olduğunu bildiklərini, lakin onların bunun öhdəsindən gələ biləcəklərini düşündüklərini deyir. Ross Rayder yol qəzalarına təkcə yeni texnologiyanın deyil, həm də çox hallarda diqqətsizliyin səbəb olduğunu deyir. Ross Rayder və digər ekspertlər toqquşma müdafiəsi texnologiyasının qəzaların qarşısını ala biləcəyini deyirlər. Məsələn, sport tipli Volvo avtomobili potensial təhlükə şəraitində dərhal dayanır və az sürətli qəzalara səbəb olmur.

Lakin hələlik özünü tam idarə edə biləm avtomobil yoxdur. Buna görə də Birləşmiş Ştatlar hökuməti maşın sürərkən telefondan istifadə etməməyi məsləhət görür.

XS
SM
MD
LG