Accessibility links

ABŞ-ın Pakistandakı konsulluğunun əməkdaşı ittihamnaməni imzalamaqdan imtina edib


ABŞ-ın Pakistandakı konsulluğunun əməkdaşı ittihamnaməni imzalamaqdan imtina edib
ABŞ-ın Pakistandakı konsulluğunun əməkdaşı ittihamnaməni imzalamaqdan imtina edib

ABŞ-ın Pakistandakı konsulluğunun əməkdaşı diplomatik toxunulmazlığa malik olduğinu deyərək, iki pakistanlını qətlə yetirdiyinə dair ittihamnaməni imzalamaqdan imtina edib. Reymond Deyvisin bu gün çıxarıldığı Lahor məhkəməsi işini martın 3-dək təxirə salmağa məcbur olub. Lahorun Ali Məhkəməsində Deyvisin toxunulmazlıq statusu ilə bağlı dinləmələr keçirilir.
ABŞ mətbuatı adını açıqlamadığı bir rəsmiyə istinadən Deyvisin Mərkəzi Kəşfiyyat Agentliyinin təhlükəslizk kontraktoru olduğunu yazır. Amerika onun soyğunçulardan özünü müdafiə edərkən iki nəfərə atəş açdığını bildirir. Amerika Deyvisin diplomatik toxunulmazlığa malik olduğunu deyərək, onun təcili şəkildə azad edilməsini tələb edir.

XS
SM
MD
LG