ABŞ federal orqanları ABŞ Kapitolisi yaxınlığında terror hücumu planlaşdıran şəxsi həbs ediblər.
Rəsmilər deyirlər ki, əslən Mərakeşdən olan Amine əl-Xalifi Kapitoliyə hücum etmək üçün partlayıcı maddələr hesab etdiyi materialdan istifadə edib. Hüquq mühafizə orqanları maddələrin partlayıcı xassəyə malik olmadığını təmin ediblər və onun ictimaiyyətə təhlükə törətmədiyini deyirlər.
ABŞ Kapitoli Polisi bildirir ki, əl-Xalifi Federal Təhqiqat Bürosunun uzun sürən əməliyyatının tərkib hissəsi olaraq həbsə alınıb.
Bu həbs 2009-cu il Milad Günündə ABŞ-a yönəlik təyyarəni partlatmağa cəhd edən nigeriyalı Ömər Faruk Əbdülmütəllibin ömürlük həbs cəzasına məhkum edilməsindən bir gün sonraya təsadüf edir.