Üsama bin Ladenin gizləndiyi evdən əldə edilən kəşfiyyat məlumatları göstərib ki, 11 sentyabrda heyata keçirilən terror aktlarının onuncu ildönümündə Əl-Qaidə ABŞ-da yeni terrorçu hücmlar planlaşdırırmış. Planların detalları haqqında hələlik məlumat verilməyib. Buna baxmayaraq dəmiryol və qatarların hədəfə alındığı qeyd edilib.
Bu arada ABŞ qüvvələri əl-Qaidə lideri Üsama bin Ladeni Pakistanda öldürəndən bir neçə gün sonra ABŞ prezidenti Barak Obama Nyu York şəhərində 11-i sentyabr qurbanlarının xatirəsini yadetmə mərasimində iştirak etdi.
Cənab Obama hadisədə 15 nəfər işçisini itirmiş yanğınsöndürən idarənin işçiləri ilə görüşüb. Nyu Yorkun sabiq Meri Rudi Culiani də prezidentlə bərabər mərasimə qatılıb. Cənab Culiani yanğınsöndürənlərə deyib ki, ABŞ terror hücumlarını heç zaman bağışlanmayacağını deyəndə, o, vədinə əməl edir.
Prezidentin dağılmış Ticarət Mərkəzinin qarşısına əklil qoyacağı və sentyabr hadisəsində həlak olanların yaxınları ilə fərdi şəkildə görüşəcəyi gözlənilir.