Accessibility links

Prezident Obama Osama bin Ladeni müsəlmanların qatili adlandırıb


Prezident Obama Osama bin Ladeni müsəlmanların qatili adlandırıb
Prezident Obama Osama bin Ladeni müsəlmanların qatili adlandırıb

ABŞ prezidenti Barak Obama may ayının 1-i yerli vaxtla axşam saat 11:30 radələrində Ağ Evdən Osama Bin Ladenin öldürülməsi barədə açıqlama verib. Cənab Obama Əl-Qaidə liderinin bazar günü İslamabadın şimalında yerləşən Abbatabad şəhərindəki bir evdə gizləndiyinin müəyyən edildiyini və bundan sonra ABŞ hərbi qüvvələrinin orada keçirdiyi xüsusi əməliyyatı zamanı öldürüldüyünü deyib.

Cənab Obama çıxışında Ben Ladenin Müsəlman lideri deyil, onun sözləri ilə “müsəlmanların qatili” olduğunu deyib. Prezident Obama Bin Ladenin gizləndiyi yerin Pakistan kəşfiyyatçılarının yardımı ilə aşkar edildiyini və aylarla hazırlıqdan sonra əməliyyata göstəriş verdityini bildirib.

XS
SM
MD
LG