Accessibility links

ABŞ prezidenti bu gün mətbuat konfransı keçirib(Yenilənib)


ABŞ prezidenti bu gün mətbuat konfransı keçirib(Yenilənib)
ABŞ prezidenti bu gün mətbuat konfransı keçirib(Yenilənib)

ABŞ prezidenti Barak Obama bu mətbuat konfransı keçirib. Geniş əhatəli sahələrə toxunan prezident Yaponiyada baş verən təbii fəlakətdən sonra o ölkənin baş naziri Naoto Kana zəng edərək, Amerikanın hər bir yardıma hazır olduğunu deyib. O, ABŞ-ın təyyarədaşıyan gəminin artıq Yaponiyada olduğunu bildirib. Liviyadakı durumla bağlı ABŞ dövlət baçısı bildirib ki, Amerika müttəfiqləri ilə bərabər Liviya lideri Müəmmar Qəzzafini cilovlamağa çalışır. Prezident Qəzzafinin opponentlərinə qarşı hücumlarına cavab vermək üçün bütün variantların nəzərdən keçirildiyini bəyan edib. Barak Obama Yaxın Şərq neftinin kifayət etmədiyi təqdirdə,Strateji Neft Ehtiyatlarına müraciət edə biləcəyini deyib. Lakin prezident buna hələ ehtiyac duyulmadığını bildirib. ABŞ dövlət başçısı neft istehsal edən ölkələrin Liviyadan alınan neftin azlığını qarşılaya biləcəyini deyib. Barak Obama Braziliya kimi müttəfiqləri ilə birgə çalışaraq, neft ehtiyaclarının qarşılanacağını bildirib. Prezident deyib ki, bir çox amerikalının yanacağa qənaət edən maşınlar sürdüyü üçün enerji marketlərinə neftin paylanması çətin olmayacaq. Son həftələr Amerikada yanacaq qiymətləri kəskin şəkildə artaraq, litri 93 sentə qalxıb. Bu, ABŞ standartlarına görə olduqca yüksək göstəricidir.

XS
SM
MD
LG