Accessibility links

Yaponiyada 8.9 bal gücündə zəlzələ (Slaydşou və Video)


Yaponiyada 8.9 bal gücündə zəlzələ (Slaydşou və Video)
Yaponiyada 8.9 bal gücündə zəlzələ (Slaydşou və Video)

Yaponiyada son yüz ilin ən böyük zəlzələsi sunamilərə təkan verərək ölkənin şimal-şərq sahilləri boyu yaşayış məntəqələrini yuyub aparmış və yüzlərlə adamın ölümünə səbəb olmuşdur. Əlavə yüzlərlə adamın itkin düşdüyü xəbər verilir və onlardan çoxunun öldüyü ehtimal olunur.

8.9 bal gücündə zəlzələ ilə bağlı bütün Sakit Okean boyu ərazilərdə sunami xəbərdarlıqları verilib. Bu ərazilərə Cənubi Amerika və Birləşmiş Ştarların qərb sahil bölgələri daxildir.

10 metr hündürlüyündə dalğalar Yaponiyanın sahil ərazilərini suya qərq edərək külli miqdarda ziyan vurub. Televziya kadrlarında palçıq selinin maşınları, binaları və tonlarla dağıntını apardığı nümayiş etidirlib. Yapon mediası içərisində 100-dən çox sərnişin olan bir gəminin sulara qərq olduğunu xəbər verib.

Zəlzələnin episentri Miyagi prefekturasının inzibati mərkəzi Sendaya yaxındır.

Xalqa müraciət edən Yaponiya baş naziri Naoto Kan deyib ki, onun hökuməti zərərin miqyasını ən aşağı səviyyədə saxlamaq üçün əlindən gələni edəcək.

Vaşinqtonda ABŞ prezidenti Barak Obama yapon xalqına başsağlığı verib. ABŞ hərbi qüvvələri ada ölkəsində nəhəng yardım layihəsinə başlayıblar. Yardım səyləri üçün iki təyyarə gəmisi səfərbər olunub.

Qüdrətli zəlzələ Yaponiyanın şərq sahilindən 125 kilometr şimal-şərqdə 10 kilometr dərinlikdə baş verib. Zəlzələ Tokyoda binaları silkələmiş, kütləvi nəqliyyat vasitələrinin dayanmasına səbəb olmuşdur. Zəlzələnin ardınca bir neçə titrəyiş baş verib.

XS
SM
MD
LG