Accessibility links

ABŞ Şimali koreyalıların çağırışlarına qoşulub


ABŞ qanunvericiləri Şimali Koreyanın ordu sıralarını tərk edərək Çinə üz tutan qaçqınları geri qaytarmamaq çağırışlarına qoşulub.

ABŞ Konqresinin Çin üzrə İcra Komissiyası dünən keçirdiyi dinləmələr zamanı sərhədi aşaraq Çin ərazisinə keçən onlarla şimali koreyalının vəziyyətinə diqqət yetirilməsini önə çəkib. Nyu-Cersidən respublikaçı nümayəndə və komissiyanın rəhbəri Kriz Smit deyib ki, Şimali Koreyanın lideri Kim Conq Un atası, sabiq prezident Kim Conq İlin vəfatından sonra 100 gün müddətində ordu sıralarını tərk edənlərin üç nəslinin məhv ediləcəyi ilə hədələyib.

XS
SM
MD
LG