Accessibility links

ABŞ qüvvələri Qələbə Düşərgəsini iraqlılara təhvil verdilər (Yenilənib)


ABŞ qüvvələri Qələbə Düşərgəsini iraqlılara təhvil verdilər (Yenilənib)
ABŞ qüvvələri Qələbə Düşərgəsini iraqlılara təhvil verdilər (Yenilənib)

Bir vaxtlar İraqda ABŞ qüvvələrinin baş qərargahı olan hərbi baza İraq qüvvələrinə təhvil verilib. Hər iki tərəfin rəsmiləri razılığı imzaladıqdan sonra ABŞ hərbi sözçüsü “Qələbə Düşərgəsi”nin bu gün İraq hökumətinə təhvil verildiyini elan edib. Rəsmi mərasim keçirilməyib.

Hazırda İraqda qalan 13 min ABŞ əsgərinin ayın sonunda ölkəni tərk edəcəyi gözlənilir. Bu addım 2003-cü ildə Səddam Hüseynin devrilməsi ilə nəticələnən hərbi müdaxilədən bəri ABŞ qüvvələrinin İraqdakı mövcudluğunu sona yetirəcək. Doqquz il bundan öncə ABŞ ordusunun 3-çü piyada diviziyası Bağdad küçələri boyunca vuruşaraq “Qələbə Düşərgə”sinə daxil olmuşdular.

2006-cı ildə edam olunanadək, İraqın sabiq lideri Səddam Hüseyn bu bazada saxlanırdı.

XS
SM
MD
LG