Accessibility links

ABŞ rəsmiləri İranın ali dini rəhbərinə mesaj göndərib


ABŞ rəsmiləri İranın ali dini rəhbərinə mesaj göndərib
ABŞ rəsmiləri İranın ali dini rəhbərinə mesaj göndərib

New York Times qəzeti adını açıqlamadığı ABŞ rəsmisinə istinadən Vaşınqtonun İranın ali dini rəhbəri Ayatolla Xameneyiyə mesaj göndərib. Mesajda deyilir ki, İranın Fars körfəzində Hörmüz boğazını bağlaması ABŞ-ın cavab ölçüsünə səbəb ola bilər.

Dünən axşam çıxan məlumatda deyilir ki, gizli mesaj İran liderinə həmişə olduğu kimi İsveçrə hökuməti vasitəsi ilə göndərilməyib. İran bu yaxınlarda qlobal neft mübadiləsi üçün mühüm daşınma yolu olan Fars körfəzini bağlayacağı ilə hədələmişdi. ABŞ dövlət katibi Hilari Klinton bu həftənin əvvəli bildirib ki, İranın bu mövqeyi təxribat xarakterlidir və təhlükəlidir.

ABŞ-İran münasibətləri yüksək rütbəli İran nüvə aliminin qətlindən sonra daha da gərginləşib. İran hadisədə ABŞ və İsraili təqsirləndirib və BMT Təhlükəsizlik Şurasından qətl hadisəsini pisləməyi tələb edib. İsrail və ABŞ hadisə ilə hər hansısa əlaqəsi olduğunu inkar edib. Lakin ABŞ Müdafiə Naziri Leon Panetta dünən bildirib ki, ABŞ rəsmilərinin hadisəyə görə kimin məsuliyyət daşıdığı barədə bəzi ehtimalları var.

XS
SM
MD
LG