Accessibility links

ABŞ seçkilərində Respublikaçılar nəhəng qələbə qazandılar


Kentaki Senat yarışının qalibi Respublikaçı Rənd Pol öz xanımı Kelli ilə qələbəsini bayram edir
Kentaki Senat yarışının qalibi Respublikaçı Rənd Pol öz xanımı Kelli ilə qələbəsini bayram edir

Özlərini qatı konstitutsiya tərəfdarları kimi tanıdan Çay Partiyası fəallarından güc almış Respublikaçılar Konqresdəki tarixi qələbələrinə görə mühafizəkar düşərgənin entusiazmına minnətdardırlar. Belə görünür ki, işsizliyin az qala 10 faiz həddə olması və Demokrat iqtidarın iqtisadi siyasətinin konkret bəhrə verməməsi mühafizəkarların “kiçik hökumət” mesajına müstəqil seçicilər arasında rəğbət qazandırıb.

ABŞ boyu vətəndaşlar arasında iqtisadiyyatın durumu ilə bağlı yaranan qəzəb dalğası Nümayəndələr Palatasına sahibliyi Respublikaçılar partiyasına bəxş etdi. Cəmi iki il bundan öncə, 2008-ci ildə hakimiyyətin bütün qanadlarına nəzarəti itirmiş Respublikaçılar budəfəki seçki mücadiləsində Demokratlardan onlarla Konqres yerini geri aldılar. Respublikaçıların möhtəşəm qələbəsi özünü həmçinin qazanılmış əlavə Senat kürsülərində və qubernator iqamətgahlarının sayında büruzə verir.

Demokrat konqresmenləri siyasətə bir çox hallarda yenicə qədəm qoyan Respublikaçılarla əvəzləməklə Florida ştatından tutmuş Virciniya, İndiana və Texas ştatlarınadək seçicilər hakim Demokrat partiyasına sərt mesaj göndərdilər. Respublikaçıların Nümayəndələr Palatasında çoxluq əldə etməsi o deməkdir ki, tezliklə spiker postunda Demokrat Nənsi Pelosini Ohayo ştatından seçilmiş Respublikaçı azlığın lideri Con Beyner əvəzləyəcək.

Hərçənd ki, Demokratlar Senata nəzarəti əldə saxlayacaq, Respublikaçılar bu istiqamətdə də ciddi irəliləyişlərə nail olublar. Əldə olan yerləri saxlamaqla bərabər bir neçə mühüm Senat yarışlarında Respublikaçılar Demokrat rəqiblərini üstələyiblər. Sağ təmayüllü Çay Partiyasının dəstəklədiyi qalib namizədlər - Floridadan Mark Rubio və Kentakidən Rənd Pol – öz platformalarına uyğun olaraq Demokratların “ifrat xərcləmə” siyasətinə son qoyacaqlarını və hökumətin miqyasını kiçildəcəklərini vəd edirlər. Yenilən Demokrat senatorlar arasında Viskonsin ştatından Ras Faynqold da yer alır. O, biznesmen Ron Consona uduzub. Arkanzasda isə Demokrat senator Blanş Linkoln Respublikaçı Con Buzmana böyük səs fərqi ilə məğlub olub

Demokratlar rəy sorğularındakı gözləntiləri doğruldaraq Delavar, Oreqon və Kaliforniya ştatlarındakı Senat mövqelərini qoruya biliblər. Onlar həmçinin uzun müddət Demokratların istehkamı sayılan Merilənd, Konnektikut və Nyu York ştatlarında inamlı qələbə qazanıblar. Qərbi Virciniyada isə senatorluq uğrunda mübarizə aparan Co Mançin gözləntilərin əksinə olaraq biznesmen rəqibi Con Raeseni üstələyib.

“Biz bu gün bütün Amerika boyu insanların 2008-ci ildə verdikləri səsdən peşman olduqlarını hiss edirik," deyə Senat Respublikaçılarının lideri Mitç MkKonell tərəfdarları qarşısında söyləyib. O, mənsub olduğu partiyanın qələbəsini federal hökumətin iqtisadiyyatı ələ keçirmək cəhdlərinin rədd edilməsi və izafi xərclərə son qoyulmasına çağırış kimi qiymətləndirib.

Özlərini qatı konstitutsiya tərəfdarları kimi tanıdan Çay Partiyası fəallarından güc almış Respublikaçılar Konqresdəki tarixi qələbələrinə görə mühafizəkar düşərgənin entusiazmına minnətdardırlar. Belə görünür ki, işsizliyin az qala 10 faiz həddə olması və Demokrat iqtidarın iqtisadi siyasətinin konkret bəhrə verməməsi mühafizəkarların “kiçik hökumət” mesajına müstəqil seçicilər arasında rəğbət qazandırıb. ABŞ-a iki nəhəng partiyanln mövcud olmasına baxmayaraq müstəqil seçicilər elektoratın əhəmiyyətli kəsimini təşkil edir.

Şübhəsiz, bu tarixi qələbə Respublikaçılara prezident Barak Obamanın siyasi ambisiyaları qarşısında sipər çəkməyə imkan verəcək. Mühüm qanunverici orqana nəzarəti itirmiş Demokratlar bundan sonra bir çox mühüm məsələlərdə Respublikaçılarla hesablaşmalı olacaqlar.

XS
SM
MD
LG