Accessibility links

ABŞ Senatı yeni START müqaviləsini təstiqləyib


ABŞ Senatı yeni START müqaviləsini təstiqləyib
ABŞ Senatı yeni START müqaviləsini təstiqləyib

Rusiya parlamentinin müqviləni sabah təstiqləyəcəyi gözlənilir

Rusiya parlamentinin aşağı palatasının sözcüsü bildirib ki, Dövlət Duması yeni nüvə silahlarına nəzarət müqaviləsini çümə günü ratifikasiya edə bilər. Sözcü Baris Qrızlov deyib ki, Birləşmiş Ştatlar Senatı tərəfindən ratifikasiya tədbirləri müqavilənin mətnini dəyişməsə aşağı palata sabah səsvermə keçirə bilər. Dünən Senat yeni START müqaviləsinə 71 lehinə və 26 əleyhinə olmaqla səs verib. Müqaviləyə əsasən ABŞ və Rusiya nüvə silahlarını məhdudlaşdırmalıdır və birgə nəzarət sistemi yaratmalıdır. ABŞ Prezidenti Barak Obama deyib ki, təsdiqləmə dünyaya mühüm mesaj göndərəcək. Rusiya parlamentinin hər iki palatası müqavilənin qüvvəyə minməsi üçün sənədi ratifikasiya etməlidir.

XS
SM
MD
LG