Accessibility links

ABŞ siyasi liderləri ümummilli borcu müzakirə edəcəklər


ABŞ siyasi liderləri ümummilli borcu müzakirə edəcəklər
ABŞ siyasi liderləri ümummilli borcu müzakirə edəcəklər

ABŞ konqresinin liderləri ümummilli borc məsələsini müzakirə etmək üçün bu gün yenidən prezident Barak Obama ilə görüşəcəklər. Hələlik büdcə defisitinin azaldılması və hökumətin borc limitinin qaldırılması yönümündə aparılan danışıqlarda irəliləyiş müşahidə olunmur.

ABŞ Maliyyə Nazirliyi xəbərdarlıq edib ki, avqustun 2-də ölkə $14.3 trilyon həcmində limitə çatacaq və bir sıra ödənişləri dayandırmağa məcbur olacaq.

Prezident razılıq əldə olunanadək gündəlik görüşlərin keçiriləcəyinə söz verib. Ancaq cənab Obamanın mənsub olduğu Demokrat Partiyası ilə müxalifətdə olan Respublikaçılar arasında kəskin fikir ayrılıqları qalmaqdadır.

Prezident $4 trilyon həcmində xərcləmə ixtisarları və hökumət gəlirlərində artımlar təklif edib. Respublikaçılar isə vergi artımlarını rədd edərək yalnız xərcləmənin azaldılmasına diqqət yetirəcəklərini deyirlər.

XS
SM
MD
LG