Accessibility links

ABŞ-da milli borc danışıqları dalana dirənib


ABŞ-da milli borc danışıqları dalana dirənib
ABŞ-da milli borc danışıqları dalana dirənib

Prezident Barak Obama və müxalifətdə olan Respublikaçılar ölkənin maliyyə poblemlərini həll etmək üçün bir-birini ciddi plan irəli sürməyə çağırıblar.

Televiziyada nümayiş etdirilən mətbuat konfansında cənab Obama bildirib ki, o, populyar sosial proqramlar, o cümlədən ahıllar üçün pensiya və səhiyyə xidmətlərində, veteranlara yardımda ixtisarları nəzərdən keçirməyə hazırdır. Əvəzində, prezident Respublikaçılarn varlı amerikalılar və iri korporasiyaların vergilərini artırmasını istəyir.

Tərəflər razılaşmadan xeyli uzaq görünürlər. Onların avqustun 2-dək 14.3 milyard həcmində ABŞ milli borc tavananını qaldırmaq üçün möhləti var. Razılaşma əldə olunmasa Birləşmiş Ştatlar bəzi öhdəliklərini yerinə yetirə bilməyəcək. Belə olarsa, iri kredit şirkətləri ABŞ-ın kredit reytinqini endirəcəklərini bildiriblər.

Cənab Obama deyir ki, bu hal bütün ölkə boyu sələm faizlərini artıracaq və iqtisadi artımı əngəlləyəcək.

XS
SM
MD
LG