Accessibility links

ABŞ Sudanı 4 qatilin həbsxanadan necə qaça bildiyi ilə bağlı təhqiqat aparmağa çağırıb


ABŞ Sudanı 4 qatilin həbsxanadan necə qaça bildiyi ilə bağlı təhqiqat aparmağa çağırıb
ABŞ Sudanı 4 qatilin həbsxanadan necə qaça bildiyi ilə bağlı təhqiqat aparmağa çağırıb

ABŞ-ın Xartumdakı səfirliyi qatillərin qaçmaları barədə xəbərdən dərin təəssüf hissi keçirdiyini bildirib

Birləşmiş Ştatlar Sudanı ABŞ-ın yardım rəsmisini və onun sürücüsünü qətlə yetirmək ittihamı ilə ölüm cəzasına məhkum edilən 4 nəfərin həbsxanadan necə qaça bildiyi ilə bağlı təhqiqat aparmağa çağırıb. Birləşmiş Ştatların Xartumdakı səfirliyi bu gün qatillərin həbsxanadan qaçmaları barədə xəbərdən dərin təəssüf hissi keçirdiyini bildirib və Sudandan onların qaçmasına imkan verən qruplar, ya da fərdi şəxslərin cəzalandırılmasını istəyib. Sudan polisi keçən həftə bildrimişdi ki, həmin şəxslər Xartumun güclü mühafizə olunan Kobir həbsxanasından çıxa bilmiş və bundan sonra isə onlarla yoxlanış məntəqəsədindəki zabitlər arasında atışma baş vermişdir. Polis yalnız onları gözləyən maşının maşının sürücüsünü həbs edə bildiyini deyib.

XS
SM
MD
LG