Accessibility links

ABŞ və Cənubi Koreya bazar günü çox mühüm hərbi dəniz təlimlərinə başlayıb


“Gözə Görünməz Ruh” adlanan təlimlər 8000 ABŞ və Cənubi Koreya əsgərinin iştirakı ilə Yapon dənizində çərşənbə günündən başlayacaq

ABŞ və Cənubi Koreya bazar günü çox mühüm hərbi dəniz təlimlərinə başlayıb. Şimali Koreya məşqlərin müharibəyə gətirib çıxar biləcəyi ilə hədələyib. “Gözə Görünməz Ruh” adlanan təlimlər 8000 ABŞ və Cənubi Koreya əsgərinin iştirakı ilə Yapon dənizində çərşənbə günündən başlayacaq. USS Corc Vaşınqton adlı təyyarə daşıyan nüvə gəmisi və onun 5000 dənizçi və aviatorları da daxil olmaqla, 20 hərbi gəmi məşqlərdə iştirak edirlər. F-22 Raptorlar təlimlərdə iştirak edən 200 təyyarənin arasındadır. Gizli stels-döyüş təyyarələri ABŞ hərbi hava qüvvələrində ən qabaqcıl təyyarələrdir. Şimali Koreyanın Milli Müdafiə Komissiyası dünən iki ölkə manevrlərə başlayarsa, ABŞ ilə Cənubi Koreyaya qarşı onların ifadəsi ilə “müqəddəs müharibə” elan edəcəyi ilə hədələyib. ABŞ və Cənubi Koreya hərbi liderləri deyiblər ki, təlimlər Şimali Koreyanın bundan sonra təcavüzünün qarşısını almaq üçün hərbi gücün nümayiş etdirilməsi məqsədi daşıyır.

XS
SM
MD
LG